adalet.az header logo
  • Bakı 18°C
05 Aprel 2018 17:48
14852
SİYASƏT
A- A+

İlham Əliyevin təbliğat-təşviqat kompanıyası davam edir

Prezidentliyə namizəd İlham Əliyevin seçki kompanıyası bütün ölkədə olduğu kimi Salyan- Neftçala rayonlarında da böyük çoşğu ilə davam etməkdədir. 

 Salyan rayonunun Xələc, Yenikənd, Arbatan kəndlərində, Neftçala rayonunun Cəngən kənd inzibati ərazisində millət vəkilləri Fəzail Ağamalı, Əlağa Hüseynov, Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov və rayon ziyalıları seçicilər qarşısında çıxış edərək, 15 il ərzində İlham Əliyevin daxili və xarici siyasətinin bütün aspektləri, əldə olunan uğurlar, konkret faktlarla diqqətə çatdırılmış və qarşıdan gələn prezident seçkilərində seçiciləri İlham Əliyevə səs verməyə çağırmışlar. Görüşdə iştirak edən seçicilər İlham Əliyevin fəailiyyətinə yüksək qiymət vermiş və prezident seçkilərində yalnız İ.Əliyevə səs verəcəklərini vurğulamışlar