Əbülfət MƏDƏTOĞLU: Təzə-tər kitaba oxucu “xoşgəldini”

ƏBÜLFƏT MƏDƏTOĞLU
51810 | 2018-04-05 17:04

Yazı masamınüstündə, daha doğrusu, bu yazını diqtə etdiyim anda əlimdə tutduğum kitabın mətbəəqoxusu canından çəkilməyib. Düşünə bilərsiniz ki, bu cür isti-isti, necə deyərlər,hələ mürəkkəbi qurumamış bu kitabı təqdim etmək hardan, nədən qaynaqlanır? Təbiiki, bu düşüncələrdə haqlısınız və sizinhaqlı olduğunuz düşüncənin, indiki anda isə sualın cavabını da verməyə mənborcluyam. Ona görə də birbaşa mətləbə keçirəm və deyirəm ki, kitab müəllifininsəmimiyyəti, onun öz sözü, öz poeziyası ilə vəhdət təşkil etməsi məni bu yazınıisti-isti yazmağa həvəsləndirib. Lap açığını desəm, əlimdən tutub bilgisayarönünə gətiribdi. Mən də kitabın aurasına daxil olub ilk təəssüratımıbilgisayara diqtə etməyə başlamışam…

Öncə kitabın tərtibatındanbaşlayaq. "Elm və təhsil" nəşriyyatındaişıq üzü görmüş kitabın üz qabığındakı şəkillə müəllifin bir bəndlik şeiri deməkolar ki, üst-üstə düşüb. Həmin şeirdə müəllif yazıb ki:


Ömür keçiraram-aram,

Sağalmayıb hələyaram.

Mənsəninlə barışmaram,

Ayanamı aparan qış...


Bax,elə təkcə təbiətin deyil, həm də hardasa ömrün qışını xatırladan üz qabığındakışəkil də və orada kiçik bir detal olsa belə, kimisə oturub gözləmək üçün oyulmuş oturacaq özü də belə bir harmoniyayaradır. Şəxsən mən özümü bir anlıq həmin oturacaqda əyləşib itirdiklərimi, itənlərimidüşünən gördüm...


Kitabınilk səhifələrində Azərbaycanın dəyərli ədəbiyyat, poeziya adamlarının müəllifbarəsində yığcam fikirləri ifadə olunub. Çox maraqlıdır ki, professor, tənqidçiVaqif Yusiflidən tutmuq şair dostumuz Balayar Sadiqə qədər, eləcə də ƏsədCahangir, Elçin Hüseynbəyli, Adil Cəmil, Qəşəm Nəcəfzadə, Zülfüqar Şahsevənli,Ağacəfər Həsənli də daxil olmaqla hər kəs Fəxrəddin Teyyubu səmimiyyət şairikimi təqdim edir. Adlarını çəkdiyim söz adamları vurğulayırlar ki, FəxrəddinTeyyubun özü də sözü kimi sadə və təvazökardı, halal adamdı. Onun şeirlərində ənginlik,genişlik, ləngər, nəfəs tutumu və sairə bir-birilə harmoniya təşkil edir,bir-birini tamamlayır.

Kitabınredaktoru, dəyərli şairə bacımız Fərqanə Mehdiyeva ön sözdə yazır ki, FəxrəddinTeyyubun şeirləri ömrün hər anıdır. Bu hər anın içərisində müəllifin özü var. Yəni o, sözünün sahibidir.Bax, bu ovqatla oxuduğum kitabın ilk şeirindən tutmuş sonuncu bayatılarına qədərhər birində söylənilən fikirlərin real şahidinə çevrildim və birmənalı şəkildəanladım ki, Fəxrəddin Teyyub yaşadığını, canından, qanından keçirdiyinimisralayır. Sözü diri şəkildə təqdim edir. Onun misralarında sızıltı yox, bir dərinnəfəs var, köklü-köməcli nəfəs.


Birömür yaşadı şələ dalında,

Çörəkətri vardı alın tərində.

Çörəyi çıxardıatın nalında,

Bir də arabanıntəkərlərindən.


Yayın istisində,cırhacırında,

Bişərdi günəşinodunda atam.

Soyuqda,şaxtada, qışın qarında,

Ot da daşıyardı,odun da atam.


Sevdi ömrü boyuişi, əməyi,

Qazancıbir hörmət, ehtiram idi.

Hərdəndodaqucu gülümsəməyi,

Bizimevimizdə toy-bayram idi.


Xoşunagəlməzdi özün öyəsən,

Sözübütöv idi, zəhmi var idi.

Gecəqar yağacaq kəndə deyəsən,

Sabahıgörəcək fəhmi var idi.


Öyrətdidöyüşü, savaşı bizə,

Döyüldük,heç ürək-dirək vermədi.

Zəhmətdərsi keçdi həmişə bizə,

Nəyaxşı, havayı çörək vermədi.


Buşeiri bütünlüklə sizə təqdim etdim. Ona görə ki, burda bir övladın, oğulunatanın portretini ortaya qoymasını sizin də görmənizi istədim. O portretincizgilərində bizim hər birimizin atamızın oxşarlığını görmək, bənzərini tapmaqmümkündür. Və bu portretin önündə dayanıb onunla söhbət etmək də asandı.


Çünkiyazılanların hamısı gerçəklikdi, yaşanmış anlardı. Bax, Fəxrəddin Teyyubun istərnəvələrinə, istər dostlarına, istər doğmalarına istər müxtəlif mövzulara həsretdiyi şeirlərin hamısında bu detallarla, bu yanaşmayla qarşılaşmaq, həmsöhbətolmaq adama bir könül rahatlığı bağışlayır. Tutaq ki, onun ustad şairimiz MusaYaquba ünvanladığı:


Bubahar gülləri kim əzizləyər,

Çiçəklərqalacaq sığala həsrət.

Uşaqlaryetim tək boynunu əyər,

Nəvələrqalacaq qoğala həsrət.


Vəyaxud:


Buömrün hər üzü, hər divanı var,

Nərinnər meydanı, nər divanı var.

Mənimürəyimin nərdivanı var,

Gülüm,gülə-gülə düş ürəyimə


- deməsinin səmimiyyətinə necə inanmayasan.Mövzular fərqli olsa da müəllif səmimiyyəti ortadadı. Və düşünürəm ki, FəxrəddinTeyyubun şeirlərini şəxsən mənə sevdirən də elə bu səmimiyyətdi. Çünki o, məşhurkərpic kəsən kişi kimi özünü sözünaltına ürəklə veribdi. Və yazıb:


Misralaruzanır dar cığır kimi,

Odunusözündən alıb gedirəm.

Dünyadan,kimsədən umacağım yox,

Başımıaşağı salıb gedirəm.


Bəli,şair Fəxrəddin Teyyub misralarında özünü təbiətlə də həsöhbətə çevirir. Təbiətdəolanları özünə köçürdüyü kimi, özündəki duyğuları da təbiətə kökləyir. Və sankipıçıltıyla deyir:


Gecədə, gündüz də ayazam daha,

Sısqabulaq kimi dayazam daha.

Sənəoxşayıram, payızam daha,

Mənəəlini ver, görüşək, payız.


"Mənsəninlə barışmaram..." adlı kitabın məndə yaratdığı ilk təəssürat deməkolar ki, çox müsbət oldu. Təbii ki, bu xoş ovqat məni nə vaxtsa bu kitaba tərəfçəkib aparacaq. Və mən elə indinin özündə hiss edirəm ki, damarı halallıq olanbu poeziyanın müəllifi də, bu kitabın redaktoru da oxucu dünyasına bələddi. Ona görə də kitab uğurlu alınıbdı. Mən dəhəmin o uğurun bir şahidi kimi müəllifi təbrik edir və onun öz şeirilə fikrimitamamlayıram.


Tökmüşəm ahımıyoxun dalınca,

Yol tutub getmişəmtoxun dalınca.

Heç vaxtqaçmamışam çoxun dalınca,

Mən qane olmuşamaza, həmişə.


Bir çayam axıramaxdığım kimi,

Şimşəyəm,çaxıram çaxdığım kimi.

Ümid qapısınabaxdığım kimi,

Baxıram hər gələnyaza, həmişə.


Qəlbimdə birxıltım, qaram olmayıb,

Süfrəmdəbir tikə haram olmayıb.

Əzəldənyalanla aram olmayıb,

Başımıəymişəm düzə, həmişə.


Əməlingül açsın, üzün ağ olsun,

Dilindənçıxan söz bitsin tağ olsun.

Deyirəmdoğma da, yad da sağ olsun,

Arxasöykəmişəm sözə, həmişə.


Nəkasıb, nə də ki, ac olmayaydı,

Kədərinaldığı bac olmayaydı.

Kaşinsan dünyada qocalmayaydı,

Həmişəqalaydı təzə, həmişə.



TƏQVİM / ARXİV