adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Aprel 2018 16:00
13834
DÜNYA
A- A+

“Münaqişənin həllinə dair praktik addımları görmürük” - Çavuşoğlu

"Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını və Dağlıq Qarabağ problemini dünyaya ən yaxşı formada çatdırır”.

Bunu Bakıda səfərədə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir qeyd edib ki, işğal faktı BMT, ATƏT, AŞPA-nın bütün qətnamələrində yer alır: "Lakin münaqişənin həllinə dair praktik addımları görmürük. Ermənistan hələ də Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır”.

Türkiyə XİN rəhbəri bildirib ki, Azərbaycan son illər çox önəmli tədbirlərə, konfranslara, idman yarışlarına, zirvə toplantılarına ev sahibliyi edir: "Bu tədbirlərlə əlaqədar Azərbaycana xeyli qonaqlar gəlir. Prezident İlham Əliyev bugünkü açılış mərasimindəki çıxışında Dağlıq Qarabağ problemi, Azərbaycanın işğal olunan torpaqları, işğal nəticəsində bir milyondan çox qaçqının olması və digər problemlərdən danışdı. Tədbirdə iştirak edənlər bu barədə məlumatlandırıldı. Düşünürəm ki, Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması baxımından belə tədbirlərin çox böyük önəmi var”.