adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Aprel 2018 15:34
8235
GÜNDƏM
A- A+

Bağlanan bankların avtomobilləri hərracda satıldı

Ləğv prosesində olan bankların əmlakların satışı ilə bağlı son hərracda avtomobillərə xüsusi maraq müşahidə edilib.

Bu barədə Əmanətlər Sığortalanması Fondunun mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə 27 mart və 3 apreldə ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirib.

Keçirilən açıq hərracın nəticələrinə əsasən, ləğv prosesində olan QSC "Bank Standard” KB-nin balansındakı 1 ədəd "Toyota Avalon”, 5 ədəd "Toyota Corolla”, 2 ədəd "Mitsubishi Lancer”, 4 ədəd "Hyundai Accent”, 1 ədəd "Daewoo Nexia”, 1 ədəd "Jeep Grand Cherokee” minik avtomobilləri və 2 ədəd bankomat hərracda satılıb.

Ləğv prosesində olan "Kredobank” ASC-nin balansındakı qeyri-yaşayış sahəsi, 1 ədəd "Lexus LS460” avtomobil və ləğv prosesində olan "Texnikabank” ASC-nin balansındakı 1 ədəd "QAZ-3302-18” yük avtomobili satılıb.