adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Aprel 2018 15:10
10114
GÜNDƏM
A- A+

Jurnalist Əziz Orucov azadlığa buraxılıb

Musavat.com xəbər verir ki, "Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov 2017-ci il mayın 2-dən həbsdədir.

Əvvəlcə o, polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb. İnzibati həbsin sona çatmasına az qalmış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona cinayət işi başlanıb, haqqında həbs qətimkan tədbiri seçilib.

Dekabrın 15-də isə Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalisti dövlət qeydiyyatına alınmamış qrant vəsaitlərindən külli miqdarda qanunsuz gəlir əldə etməkdə təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrum edib.

Əziz Orucovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi şikayətə 2018-ci il fevralın 20-də Bakı Apellyasiya Məhkəməsində baxılıb. Onun şikayəti təmin edilib.

Jurnalist bundan sonra Ali Məhkəməyə müraciət edib.

Məhkəmə Ə.Orucovun şikayətinə baxıb və qərar elan edilib. Məhkəmə onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsini tətbiq edərək azadlığa buraxılıb. Cəzası 6 ildən 3 ilə endirilib.