adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Aprel 2018 15:04
6796
HADİSƏ
A- A+

Gömrükdə xəz əməliyyatı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda malların gömrük sərhədindən düzgün bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Bakı şəhəri ərazisində qeydiyyatda olan karqo şirkətinin adına Çin Xalq Respublikasından göndərilən brutto çəkisi 11588 kq olan yük gömrük əməkdaşları tərəfindən yoxlanılıb.

Həmin yük Hava Nəqliyyatında Baş Gömrük İdarəsində müvafiq gömrük bəyannamələri ilə rəsmiləşdirilən qadın geyim mallarından ibarət olub.

Yoxlama zamanı, altı ədəd bağlamanın içərisində gömrük orqanına düzgün bəyan edilməmiş cəmi 50 ədəd müxtəlif etiketli xəz kürklər aşkarlanıb.