adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Aprel 2018 13:06
11932
İDMAN
A- A+

“Liverpul”da ciddi itki – Salah zədələndi

Çempionlar Liqasının 1/4 finalında hazırda "Mançester Siti”ni qəbul edən "Liverpul” ciddi itki ilə üzləşib.

Qol.az-ın məlumatına görə, komandanın əsas qol silahı Məhəmməd Salah ikinci hissənin əvvəlində zədələnərək meydanı tərk edib. Onu Corcino Veynaldum əvəzləyib.

Misirli hücumçunun zədəsinin nə dərəcədə ciddi olması həkim müayinəsindən sonra məlum olacaq.

Qeyd edək ki, Salah oyunda ilk qolun müəllifidir.