adalet.az header logo
  • Bakı 21°C
05 Aprel 2018 11:45
19620
ŞOU-BİZNES
A- A+

Azərbaycanlı aktrisa 20 ildən sonra saçlarını kəsdirib

Əməkdar artist Nübar Novruza bu yaxınlarda görünüşündəki dəyişikliklə gündəmə gəlib.

Adalet.az-ın məlumatına görə, stilist Anar Ağakişiyev 60 yaşlı aktrisanın saçlarını kəsib və onları sarıya boyayıb.

N.Novruzova "Bizimləsən” verilişində deyib ki, sonuncu dəfə saçlarını40 yaşında kəsdirib:

"Anarın yanına getməzdən əvvəl dedim ki, nə istəyir etsin, bircə saçlarıma əl vurmasın. İçəri girən kimi dedi ki, birinci saçlarını kəsəcəm. Məni ovsunladı, gözlərim doldu, dayandım, amma razılaşdım. 20ildir ki,saçlarımı kəsdirməmişəm. Hər şeyimi itirmişəm, bircə saçlarım qalmışdı”.