adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Aprel 2018 11:35
6146
GÜNDƏM
A- A+

Komitə: Azərbaycanda əhalinin 50 faizindən çoxunu qadınlar təşkil edir

Azərbaycanda əhalinin 50 faizindən çoxunu qadınlar təşkil edir.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər" kitabının təqdimat mərasimində çıxış edərkən deyib.

H.Hüseynova bildirib ki, istənilən cəmiyyətdə qadın hüquqları qorunursa, hər kəsin hüquqlarının qorunduğunu söyləmək olar: "Lakin razılaşmaq olar ki, bu gün bütün cəmiyyətlərdə insanların hüquqları bərabər şəkildə qorunmur. Azərbaycanda isə qadın hüquqlarının qorunması dövlət siyasətinin tərkib hissəsini təşkil edir".

H.Hüseynova əlavə edib ki, "Məişət zorakılığı haqqında" qanunun qəbulu dövlətin qadın hüquqlarının qorunmasına xüsusi önəmin verdiyini bir daha göstərir.