adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Aprel 2018 10:33
11498
SİYASƏT
A- A+

“Qarabağ münaqişəsi təhlükəsizlik üçün əsas maneədir” - Məmmədyarov

"Azərbaycan və Ermənistan arasında həll olunmamış münaqişə təhlükəsizlik və iqtisadi inkişaf üçün əsas maneədir".

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib.

"20 ildən çoxdur ki, Azərbaycana qarşı işğal davam edir. 1992-ci ildə BMT bu münaqişəyə dair 4 qətnamə qəbul edib. Qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çxarılması tələb edilir. Bir çox təşkilatlar da bu mövqeni dəstəkləyib Qoşulmama hərəkatı Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi hesab edir və münaqişəni ərazi bütövlüyümüz çərçivəsində həllini dəstəkəyir. Münaqişə nəticəsində yaranan status-kvo heç zaman qəbul edilməzdir".

Nazir qeyd edib ki, Azərbaycan sülh və təhlükəsiziliyin təminatında BMT-nin aparıcı rolunu qəbul edir: "Biz bu qurumda islahatların aparılmasını və Baş Assambleyanın rolunun artırılmasını dəstəkləyirik. Yalnız belə olan halda BMT üzvlərinin üçdə ikisinin səsi eşidiləcək və hörmət ediləcək. Münaqişələrin həlli nəinki regionların, həmçinin bütün dünyada sabitliyə gətirib çıxarır".