ANA SƏHİFƏ / MÜSAHİBƏ

Adil Əliyev: “Mərkəzi rayonların icra başçısı var ki, insanları didərgin salırlar”

30367    |   2018-04-04 18:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Millət vəkili Adil Əliyev Meytan TV-yə verib. O, müsahibəsində 31 mart soyqırımı ilə bağlı Kölndə keçirdiyi tədbirdən danışıb. Adalet.az həmin müsahibəni sizə təqdim edir.

-Adil müəllim Köln şəhərində keçirilən tədbir hansı məqsədlə keçirildi. 31 mart soyqırımı yoxsa İlhamla İrəli?

-Tədbirin gündəliyində bir neçə məsələ var idi. Onlardan ən birincisi 31 mart soyqırımı ilə bağlı idi. Digər məsələlər isə Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı və Avropada yaşayan Azərbaycan sevən insanların bir araya gəlməsi ilə bağlı idi. Gündəlikdə 3 məsələ var idi. Bu üç məsələni də müzakirəyə çıxardıq.

-İlhamla irəli süarı da səslənirdi...

-İlhamla İrəli süarı Azərbaycan dövləti, xalqı üçün uğurlu olduğu üçün, biz İlhamı və dövləti sevənlər İlhamla İrəli sürana üstünlük veririk. Azərbaycanın daxilində ictimai-siyasi sabitliyin qorunmasında, ölkəmizin dünyada  tanınmasında Azərbaycan ordusunun əldə etdiyi uğurda ümumiyyətlə həyatımızın başqa-başqa sahələrində əldə etdiyimiz uğurlarda biz ölkənin başçısı İlham Əliyevlə balıyırıq.  Ölkə başçısının uzaqgörən siyasəti ilə biz daha da inkişaf etmək və dövlətimizi, dövlətçiliyimizi gücləndirmək istəyirik.

-Tədbirin İlhamla İrəli sürı ilə heç bir əlaqəsi yox idi?

-Mən sizə tədbirlə bağlı deyim. Tədbirdə birinci məsələ  mənim çıxışımda, arayışımda 31 mart soyqırımı ilə bağlı idi. Çıxışımdan sonra fikrim var idi ki, İlhamla İrəli süarını səsləndirim, çıxışçılardan biri bu süarı səsləndirdi. Sonra mən də bu şüarla bağlı fikirlərimi söylədim.

-Facebokda "Söyüş Qurupu Kölndə gücümüzü gördü” yazıb sonra sildiniz...

-Bəli. Yazını öz facebook səhifəmdə silmişəm. Mənim fan səhifəm var. Orda qalıb. Bunu da ona görə etdim ki, səhifəmdə olan bu statusa görə, şəxsiyyətləri bəlli olmayan  saxta profillər idarə edənlərlə dostlarım arasında söyüşmələr gedirdi. Sildim ki, insanlar rahatlaşşın.  Sonra bu yöndə bir yazı da yazdım. Yazıda iradlara cavab vermişdim.

-Gücümüzü gördü ifadəsi fiziki mənada idi va mənəvi  mənada?

-Azərbaycansevən insanların Kölndə bir yerdə olması o anlama gəlir ki, Azərbaycanın gücü hər yerdə var. Bu güc mənəvi baxımdan idi.

-Həmin görüşdə iştirak edən Rauf  Babayev "Azadlıq” qəzetinə müsahibə verib və qeyd edib ki, mənə orda fiziki güc göstərildi...

-Ona heç kim fiziki təsir göstərməyib. Rauf Babayev çıxışa yazılmışdı. Adını çəkdim. Durdu baxdım ki, cavan uşaqdır. Ona dedim ki, mən tədbirin sonunda sənə söz verəcəm.  Tədbir 3 saat nəzərdə tutulsa da baxdıq ki. uşaqlı və uzaq yerlərdən gələnlər var. Ona görə də, tədbirin vaxtını azaltdıq.  Artıq Rauf Babayev çıxış üçün tribunaya yaxınlaşanda iştirakçılar zaldan çıxırdılar. O uşaq da çıxdı çıxış etdi. Dedi mən sizi tanıyırm. Və.s.

-Belə sözlər də gəzir ki, siz orda olan insanların tədbirdə iştirakına qarşı olmusunuz. Qapının önündə 15-20 nəfərə yaxın adam olub, işəri buraxdırmamısınız...

-Xeyir. Bizim tədbir icazəli tədbir idi və mən hələ tədbir öncəsindən facebook sosial şəbəkəsi vasitəsi ilə tədbirimiz haqqında geniş məlumat vermişdim. Tədbirə də maraq çox yüksək idi. Təsəvvür edin ki, Almaniyanın digər şəhərlərindən bizim tədbirə gələnlər var idi,  bunların işində işə tələsəni,  yanında uşaqla gələni də var idi. Tədbir başlayanda biz iştirakçılara dedik ki, başqa məqsədlə, baş.qa süarla bura gəlmisinizsə tədbirdə iştirak edə bilmərsiniz. Və tədbir başladı. Yerlər məhdud olduğundan 15-20-yə yaxın soydaşımız çoldə qaldı.

- Rauf  Babayev onu da deyir ki, xəsatər alıb. Hətta sizi polisə şikayət edib və deyilənlərə görə sizi orda saxlayıblar...

-Onun xəsarət aldığı yer varsa çəkib göstərsin.  Bizi heç kim saxlamayıb. Əslində biz şikayyət etməliydik ki, tədbirimizi pozurlar.

-Osmaniyə Germaniyyə təşkilatı ilə əlaqəniz varmı?

-Ümumiyyətlə ora gələn hər kəsi mən tanımırdım. Ora gələnlərin hamısını tanımıram.

-Almaniya mətbuatı da yazıbdır ki, bu təşkilat narkotika və insan alveri ilə məşğuldur...

- Biz qanun çərçivəsində tədbir keçirmişik. Tədbirin sonunda da şəkil çəkdirirdik. Azərbaycanlılar, türklər gəlirdilər.  Orda mənim dostlarım avr idi. İdmançılar var idi. Ancaq onları tanımıram.

-Sizin Gözəl gün deməyiniz də ciddi müzakirə olundu.

-Mən orda demişəm ki, Çümhuriyyətimizin 100 illiyi gözəl günümüzdür. 31 mart soyqırımı günüdür.  Sözlərimi montaj ediblər. Gözəl gün sözü ilə soyqırım sözləri ard-arda gəlir deyə belə fikir formalaşıb. Axmaq adam o sözü deməz.

-Sizin söyüşə münasibətiniz necədir?

-Ço pisdir. Günlərin bir günü Peyğəmbərin sahəbəsi görür ki, hamı onu söyür. Gəlir bunu ona çatdırır. Peyğəmbər də durub gəlir həmin məkana. Görürü ki, həqiqətən də orda onu söyürlər. Bir söyürlər cavab vermir, iki, üç axırda səhabə dözmür onlara cavab verir. Peyğəmbər səhabəyə baxır və üzünü çevirib gedir. Sahəbə gəlib ondan soruşur ki, niyə belə etdin. Deyir ki, onlar ki, məni söyürdü o zaman sənin başının üstündə çoxlu mələklər var idi. Sən onlara cavab verəndə mələklər getdi. İndi də kim söyüş söyür öz mədəniyyətini göstərir.  Facebookda da belə hallar olur. Mənim isə bütün bunlar tək-tək cavablandırmağa vaxtım yoxdur.  Sosial şəbəkədə yazmaq, telefonla olub-bitəni izləmək vaxt alır. Ancaq realda  nə sualınız varsa cavablandırmağa hazıram. Sonda onu da deyim ki, öz anasının bacısının qədrini bilməyən heç kimin anasınını bacısını söyməz.

-Bunun kökü 2000-ci illərə, hökumətə gedib çıxır.

-Hakimiyyət deyirsiniz. Baxın görün onu edən adamlar hakimiyyətdə avr? Hakimiyyət onu edənləri işdən azad etdilər.

-Niyə o zaman susurdunuz?

-O zamankı mətbuatı qaldırın baxın görün Adil Əliyev susub ya yox. Hüseyn Abdullayevin həbs olunmasına səs verməmişəm.  Mən demişəm ki, iki tərəf dava edirsə hər iki tərəf məsuliyyətə cəlb olunmalıdır. MTN-lə bağlı onu demişəm ki, təsadüfi adamlar MTN-ə gələndə nəticə də bəlli oldu.

-Səlayihhətlərimiz normaldır?

-Səlahiyyətlərimiz nə azdır nə çoxdur.  Milli Məclisin bu gün qanunverici bazanın möhkəmlənməsində böyük xidməti var. Milli Məclis çox iş görüb. Kimi söyürlər söysünlər. Ümumi söyüşün əleyhinəyəm.

-Mətbuatda sizin Çexiyada mülklərinizin olması barəsində yazılıb...

-Mənim bu müsahibələrim var. Bu çeynənən bir məsələdir. Mən deyim. Adil Əliyevin böyük qardaşı Allahverdi Əliyev və onun oğlu Ruslan Əliyev Çexiyada yaşayır. Ruslan Əliyev  Rusiyada Beynəlxalq Əlaqələr İnstitutunun ekologiya kafedrasının müdiridir. İngiltərədə müdafiə edib.  Allahverdi Əliyevin 71 yaşı var. Biz də Çexiyaya, Karlovy Varya gedəndə orda qalırıq.  Gedib küçədə qalmayacayıq ki? Səbəbləri araşdırmaq lazımdır.  Mənə o acıq gəlir ki, insanlarimiz oxumurlar. Dedi qoruya inanırlar.

-İcra başçılarının da adlarını deyin..

-Mərkəzi rayonların icra başçısı var ki, insanları didərgin salırlar. Seçkidən sonra onun adını açıqlayacam.

–Niyə indi demirsiniz?

-İndi seçki ərəfəsində istəmirəm ki. düşmənlərimizin əlinə silah verək. Biz istəyirik ki, ölkəmizin daxilində əminamanlıq şəraitində seçkilər baş tutsun.  Sakitçiliklə seçkilər baş tutsun. Seçki günü də görəcəksiniz. Ən fəal rayonlardan biri də Nərimanov rayonu olacaq.

 

Ədil Ədilzadə




İmza:

O, BÖYÜK AZƏRBAYCANÇILIĞIN TƏMSİLÇİSİDİR

Azay Quliyev: “Girovlarla bağlı ATƏT PA-nın komitə sədrindən cavab gözləyirəm”

Səməd Seyidov: “Rusca rusların özündən də yaxşı danışıram” - MÜSAHİBƏ

Borca görə adam döyənlər saxlanıldı

Qismət : “Yazıçının avara olmasına əsəbləşmişəm” - MÜSAHİBƏ

"Özümü tanıtmaq üçün təhqir olunmalıyam" - MÜSAHİBƏ

Cavanşir Paşazadə: “Həyata keçirilən işlərin kökündə Azərbaycan xalqı dayanır”

“Dövlət əhəmiyyətli torpaqlarda özlərinə villalar tikiblər” - Cavanşir Paşazadə

DGKA-nın tələbəsi: Məqsədim gömrükçü olmaqdır

Məşhur yazıçının oğlu: - “Atam çörək qarşılığında fəhləlik edirdi”

XİN-in yeni mətbuat katibi: “2 övladım var” - MÜSAHİBƏ

Azərbaycanlı yazar: “Oğlumun adını Roman qoyacam” - MÜSAHİBƏ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK