adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Aprel 2018 17:45
11370
İDMAN
A- A+

Zabit Səmədov “Kralların Kralı” döyüşünə çıxır

Azərbaycanlı K-1 ustası, "Mauqli” ləqəbli idmançı Zabit Səmədov Avropa çempionu titulu uğrunda mübarizə aparacaq.

Adalet.az xəbər verir ki, bu barədə Səmədov öz İnstaqram səhifəsində qeyd edib. O, qarşılaşmanın mayın 30-da baş tutacağını bildirib:

"Əziz dostlar! Mayın 30-da mənim növbəti döyüşüm keçiriləcək. Kralların Kralı (KOK) versiyası üzrə Avropa çempionu titulu uğrunda döyüşdə rəqibim fransalı Freddi Kemayo olacaq”.