adalet.az header logo
  • Bakı 18°C
04 Aprel 2018 16:13
27707
ŞOU-BİZNES
A- A+

Rəqqasə Fatimə dövlət işinə düzəldi

Azərbaycanlı rəqqasə Fatimə Fətəliyeva Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına işə düzəlib.

Adalet.az xəbər verir ki, bu barədə rəqqasə İnstaqram hesabında qeyd edib.

"Bu mənə doğum günümə ən gözəl hədiyyə oldu. Xoşbəxtəm ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının rəqqasəsiyəm. Hər zaman çalışmışam ki, vətənimə, dövlətimizə layiqli bir insan olub. Şükürlər olsun ki, bu istəyim real olub. Sizin vasitənizlə xalq artistimiz Samir Cəfərova və prodüser Tolikə təşəkkür edirəm. Tolik, inşAllah ki, yaxın müddətdə bizim doğma Gəncəmizdə konsertimi təşkil edəcəksən”- o bildirib.