adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
04 Aprel 2018 15:07
23654
MƏDƏNİYYƏT
A- A+

Bakı Xoreoqrafiya Akademiyası daha bir ilkə imza atdı

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) ilk dəfə olaraq özündə Azərbaycan və rus dillərində elmi-tədqiqat işlərini ehtiva edib işıq üzü görən "Elmi əsərlər” toplusunun təqdimat mərasimi keçirilib.

"Elmi əsərlər” toplusunda Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Sonaxanım İbrahimova, Əməkdar rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Sevda Sadıxbəyova, Xalq artisti, prezident mükafatçısı, dosent Kamilla Hüseynova, Əməkdar artist Sənan Hüseynli, Əməkdar mədəniyyət işçisi Mayra Almaszadə və digər mütəxəssislərin xoreoqrafiya sənəti, musiqi sənəti, sənətşünaslıq, kulturologiya və filologiya sahələrində apardıqları tədqiqat işlərinin əsas elmi nəticələrinin əks olunduğu əsərlər dərc edilib. Akademiyanın professor-müəllim, tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan rektor, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev bu gün Azərbaycanda elmə, təhsilə, mədəniyyətə daim böyük önəm verildiyini deyib: "Elm adamlarımız, ziyalılarımız, görkəmli incəsənət xadimlərimiz mədəniyyət tariximizi yaşatmalı, gələcək nəsillərə ötürməlidir. Bu gün təqdimatına yığışdığımız "Elmi əsərlər” toplusu bu baxımdan mühüm əhəmiyyət kəsb edir”. Rektor çıxışının sonunda müəlliflərə təşəkkür edib və onlara uğurlar arzulayıb.

Digər çıxışçılar Bakı Xoreoqrafiya Akademiyasının 3 illik fəaliyyəti müddətində yaradıcılıq işləri ilə yanaşı "Elmi əsərlər” toplusunun nəşrini də akademiyanın böyük uğuru kimi qiymətləndirərək, bu əsərləri xalqımızın mədəniyyətinə töhfə kimi dəyərləndiriblər.

Sonda isə tədbir iştirakçılarına nəfis tərtibatda nəşr dilən "Elmi əsərlər” toplusu hədiyyə edilib.