Faiq QİSMƏTOĞLU: ADAMIN LAP ƏTİ TÖKÜLÜR EY!

FAİQ QİSMƏTOĞLU
49818 | 2018-04-04 14:54

… Elə bil çoxlarıüçün hər şey göydəndüşmə olur. Yəni nə yoğurur, nə yapır, hazırca kökə tapır. Aylarla,illərlə əzab-əziyyət çəkən, dişiylə, darnağıyla nəyisə əldə edən və hər addımbaşıda nadanın, cahilin təpkisinə, sıxıntısına məruz qalan istedadlı adamlar isə çoxvaxt yerlərində sayırlar. O qədər yerlərində sayırlar ki, bir də baxıb görürlərqocalıb əldən düşüblər və hara getdi iş istəyəndə bildirirlər ki, artıq sən qocalmısanvə təqaüd yaşındır. Bizə sənin kimilər lazım deyil…

Bax, bu sözü eşidənistedadlı, savadlı adamın ayağının altından yer qaçır. Və bir anlıq ürəyi, əlləriəsməyə başlayır və dodaqları titrəyir. Bir yerə baxır, bir göyə, bir də ötən günlərəboylanıb görürür heç bir iş görməyib, papağıgünə yandırıb. Ancaq iki eşşəyin arpasını bölə bilməyənlər və hətta tərcümeyi-halınıyazmağı bacarmayanlar nəinki özlərinə, övladlarına və nəvələrinə bir gün ağlayıblar.Onları işə də düzəldiblər, ev də alıblar və altlarına maşın da qoyublar…

Biz heç kimin paxıllığınıçəkmirik ey! Kiminsə nəyi varsa sağlığına qismət! Amma gözə o görünən nədirsə, onuhalal yolla, alın təriylə, zəhmətlə qazansın. İndi gəlin görək bizdə yerə, göyəsığmayan evlərinin sayıyla öyünən, maşınlarıyla fəxr edən, sayı-hesabı bilinməyənmağazalarını, dükanlarını gözə soxan adamların hamısımı bu var-dövləti halal yollaəldə eləyib? «İki eşşəyin arpasını» ifadəsini boş yerə işlətmədik. Bax, o iki eşşəyinarpasını bölə bilməyənlər, tərcümeyi-hallarını yaza biləmyənlər, amma çox maddiyatamalik olanlar nəyi desən əldə ediblər.

Tez-tez oxuduğumbir kitab var: «Qabusnamə». Orda yazılır ki, harda uca imarət gördün, harda bir-birindənyaraşıqlı malikanələr gözünə dəydi, bil ki, onun hər daşı, hər kərpici haramlıqdanyoğrulub. Bununla da işimiz yoxdur. Çünki «Qurani-Kərim»də buyrulur ki, kim nə işgörür, ona görə də buna özü cavab verəcək...

… Son vaxtlar isəbir çox toy müğənnilərinin bir-biriylə bəhsi başlayıb. Biri deyir beş evim var, biri deyir altı evim var, biri də beşmərtəbəlivillasının görüntülərini sosial şəbəkədə yayır. Bayaq dedik axı, kimin nəyi varsasağlığına qismət. Amma bu var-dövləti başqalarının gözünə soxmaq lazım deyil. Çünkibura Azərbaycandır və hamı da bilir ki, kim o var-dövləti hansı yolla əldə eləyib.Xüsusən də müxtəlif televiziya kanallarında səsi olmayıb görünüşü gözəl olan qadınmüğənnilərin bu pulu necə qazanması çoxlarına yaxşı bəllidir.

Bir dəfə əməkdarartist Baloğlan Əşrəfov qadın müğənnilərin villaları ilə bağlı söhbət düşəndə dediki, məndən çox toya gedən yoxdur, mənim elə malikanələrim və villalarım yoxdur.Düz sözə nə deyəsən? Özü də Baloğlan Əşrəfov sevilən müğənnilərdəndir. Əlli iləyaxındır ki, toylara gedir və özünün çoxlu sayda pərəstişkarları var.

Hələ heç kəs dünyasınıdəyişəndə özüylə o dünyaya bir var-dövlət apara bilməyib… Hələ heç kəs rəhmətə gedəndəo dünyaya nə maşın aparıb, nə də beşmərtəbəli ev… Hələ heç kəs bu qədər var-dövlətdəno dünyada kiməsə verib cənnətə düşməyi bacarmayıb… Ən yaxşı halda kimsə Allah-Təalaqismət eləsə beş metr ağ apara bilər. Bunu da qismət eləsə deyirik ha! Bəzən eləölümlər olur ki, heç adamın baş verən faciə zamanı bir tikəsini də, bir sümüyünüdə tapmaq mümkün deyil...

… O günü qəzetimizingənc yazarlarından Nicat Novruzoğlu telefonunu qurdalayaraq internetdən bir neçəhikmətli sözlər oxudu. O sözlərin biri yadımda qalıb: «Bu gün ayağın altında bitənkol, sabah məzarın üstə bitə bilər». Görəsən bunu dərindən düşünən, duyan, anlayanadam varmı? Təbii ki, var, niyə də yoxdur! Amma anlamayanlar, cahillər və nadanlardaha çoxdur!..

Bəzi müğənnilərinmüxtəlif televiziya kanallarına böyük «sevgisi» lap adamın ətini tökür. Elə hansıkanalı açırsan, ya Şəbnəm Tovuzlunu görürsən, ya Əlikrəm Bayramovu, ya Yusif Mustafayevi,ya da başqalarını. İnsaf naminə deyək ki, onlar heç də pis müğənni deyillər. Yəniözlərinə görə dinləyicisi, səsi və avazı var. Amma bu kanaldan o kanala çıxıb ucuzreklam dalınca qaçmağı şəxsən bir tamaşaçı kimi onları mənim gözümdən salır. Bəzən başa düşmək də olur. Çünki «toy tutmaq» lazımdır, pul qazanmaq vacibdir.Adlarını qeyd elədiyim müğənnilər reklam üçün nə qədər pul xərcləyir. Heç də özəlkanallar hər gün efirə çıxardıqları müğənnilərin qara qaşına, qara gözünə aşiq deyil. Onların pulunavə cibinə aşiqdilər. Əgər həmin müğənnilər bir dəfə o kanala pul verməsələr, çətinki, ikinci dəfə onları özəl kanal dəvət eləsin. Burda Rəmişin bir fikri yadıma düşür: «Özəl kanallarKubinkaya bənzəyir. Pul verməsən səni heç vaxt efirə dəvət eləməzlər».

Rəmişin bu sözlərindən sonra bəzi özəl kanallar özləriniyığışdırdılar, onu deyəsən efirə pulsuz dəvət eləməyə başladılar. Və bir də özəlkanalların minnəti olsun ki, Rəmiş kimi vertioz bir musiqiçi o kanala gəlir və gitaranıəlinə götürüb möcüzələr yaradır.

Axı, bəzi müğənnilərintez-tez efirə çıxmasından danışırdıq. Bunu da başa düşmək mümkündür. Amma ürəkağrısıylademəliyik ki, elə müğənnilər var ki, hər hansı verilişə dəvət olunur, orda ekspertkimi çıxış edir və bu zaman da savadsızlığını üzə çıxarır. Dəfələrlə tanıdığım,yaxşı səsi olan müğənninin söhbət zamanı gülməli vəziyyətə düşməsinin şahidi olmuşam.Bax, həmin müğənnilər bir daha dərindən düşünməli, öz tamaşaçılarına hörmətlə yanaşmalıvə elitar, elmli, savadlı insanların gözlərindən özlərini salmamalıdılar.

Mənim bir dostum var, Tovuzda yaşayır. Adını deməyəcəyəm,özü hesabını götürəcək. Onun da Rusiyadaçox yaxşı imkanlı qardaşları var. Yənialverlə çoxlu pul qazanıblar. Loru dildə demiş olsaq, pula pul demirlər.Bakıda, Gəncədə, lap elə Rusiyanın özündə 7-8 evləri var. Sözümün canı bu deyil. Sözümün canı odur ki, həmin qardaşlardanbiri bir il bundan qabaq Tovuzda bir toy elədi, müğənnilərə, özü də «bezdarnı» müğənnilərə60 min manat pul verdi. Və o müğənnilər də bu pulu görəndə sevincindən gözləri kəllələrinəçıxdı. Yapışdılar onun yaxasından, qadan alım, belə toy olanda bizi çağırın...

… İndi onun Rusiyadaolan balaca qardaşı da nəvəsinə sünnət eləyir. Toya kimi dəvət eləsə yaxşıdı?! Damlanıvə bir də meyxanaçı Pərviz Bülbüləni. Onlara nə az, nə çox 20 min manat pul verəcək.Özü bilər, istəyir 100 min versin! Amma bizim Rusiyada yaşayan bəzi iş adamlarımızınpulları çox olsa da, musiqi zövqləri çox bəsitdir. Ay qardaş, elə Tovuzda nə qədərgözəl müğənnilər, aşıqlar var, onları dəvət elə də?! Elə qonşu kəndinizdən olanAşıq Zülfiyyəni niyə gətirmirsən? Həm yaxşı saz çalır, həm də yaxşı oxuyur. Çünkiqardaş, «ev buzovundan buğa olmaz» deyimi bax, burda lap yerinə düşür. Biz heç vaxtgözümüzün qarşısındakını, yanımızdakı istedadı qiymətləndirməyi bacarmırıq. Təkikənddə desinlər ki, bəs filankəsin toyuna Bakıdan filan «bərkgedən» müğənni və meyxanaçıgəlib…

Nə isə… Mən çox acıdanışıb kimlərinsə kefinə soğan doğramaq istəmirəm. Allah bütün valideynlərin ovladlarına,nəvələrinə toy qismət eləsin. Çünki imkanımız olanda biz də gedib qohumların toyundakefimiz istədiyi kimi olmasa da, elə-belə də iştirak eləyirik. Axı bizim pulumuz,varımız, dövlətimiz başqaları kimi çox deyil . Məsələn, pullu adamı toya dəvət eləməyəndəinciyir, pulsuz adamı toya dəvət eləyəndə küsür. Deyir ki, ay rəhmətliyin oğlu,bu basabasda Məşədi İbadın sözü olmasın, heç hənanın yeridimi məni toya sağırırsan?!

Deyəsən, ətimiz töküldüaxı! Bu cür söz-söhbətlərdən, bəzi müğənnilərin sinəsinə döyüb özlərini reklam eləməsindən.Və bir də ətimiz niyə tökülməlidir? Guya ətimiz var idi ki, tökülə də! Onsuz dabir həsirik, bir də Məmmədnəsir!!!...


TƏQVİM / ARXİV