adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Aprel 2018 13:16
9023
GÜNDƏM
A- A+

Ruhani Naxçıvana qatar reysinin açılmasına razılıq verib

"Hazırda İran üzərindən Naxçıvan Muxtar Respublikası ilə Bakı şəhəri arasında dəmir yolu xəttinin açılması istiqamətində işlər aparılır".

Bunu "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Ordubad dəmir yolu stansiyasının açılışı zamanı deyib.

C.Qurbanov qeyd edib ki, bununla bağlı İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin ölkəmizə ötən həftə gerçəkləşən səfəri zamanı razılıq əldə olunub.

"Bakı vağzalından Naxçıvan vağzalına qədər olan 1450 kilometr yol "Ştadler” tipli sürətli sərnişin qatarları ilə 18 saata qət olunacaq. Bu da muxtar respublikanın iqtisadi inkişafına və dəmir yolu nəqliyyatının daha da müasirləşdirilməsinə töhfəsini verəcəkdir".