adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Aprel 2018 12:49
65935
MÜSAHİBƏ
A- A+

Məhərrəm Zülfüqarlı: “ MƏQSƏDİMİZ SEÇKİLƏRİN YÜKSƏK SƏVİYYƏDƏ KEÇİRİLMƏSİNƏ NAİL OLMAQDIR”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı "Ədalət” qəzetinə müsahibə verib. O müsahibəsində seçkilərə hazırlıq və təmsil etdiyi qurumun seçki günü görəcəyi işlərdən danışıb.

- Məhərrəm müəllim, seçkilərə az qalıb. Ölkədəki ümumi seçki ab-havası hansı səviyyədədir?

- Artıq 30 rayonda seminarlar keçirmişik. Getdiyimiz rayonlarda etdiyimiz müşahidənin nəticəsi olaraq onu deyə bilərəm ki, seçki mühiti sakitdir, başqa ölkələrdə olduğu kimi ciddi qarşıdurmalar müşahidə olunmur. Bu da o deməkdir ki, Azərbaycan 11 apreldə normal, demokratik seçkilər keçirmək üçün hazırdı. Regionlarda olan vəziyyət bunu deməyə əsas verir.

- Seçkilər oktyabr ayına planlaşdırılmışdı. Amma aprel ayına keçirildi. Seçkinin növbədənkənar keçirilməsi işlərinizin gedişatına nəsə bir təsir etdimi?

- Bu təsir ancaq vaxt baxımından oldu. Seçki oktyabr ayında olsaydı görüşlərimiz və yerlərdə həyata keçirəcəyimiz işləri görmək üçün kifayyət qədər vaxtımız olacaqdı. İndiki məqamda biz bu işin öhdəsindən gəldik. Sıx və gərgin əməyin sayəsində nəzərdə tutulan işləri qısa zamanda həyata keçirə bildik. Tədbirlərimiz də yüksək səviyyədə keçdi. Tədbirlərdə bizim müşahidəçilərlə yanaşı, həmin rayonların seçiki fəalları da yüksək səviyyədə iştirak etdilər. O baxımdan həm öz işimizi gördük, həm də vətəndaş olaraq insanları seçkilərdə fəal iştiraka çağırdıq. Bu MSK-nın işidi. Amma biz bir vətəndaş cəmiyyəti olaraq, Azərbaycanı ürəkdən istəyən insanlar olaraq çalışırıq ki, seçkilər fəal keçsin ki, sabah Azərbaycana qarşı hər hansı bir xarici qurumların ittihamları olmasın.

- Nə qədər müşahidəçiniz olacaq?

- Məntəqələr üzrə dörd min müşahidəçi təşkil ediləcək ki, bu da ümumi məntəqələrin 80 faizini əhatə edir.

- Bir sıra beynəlxalq təşkilatlar artıq öz hesabatlarını açıqlayıblar. Seçkinin fovoriti kimi Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev göstərilir...

- Biz Qubada olanda beynəlxalq müşahidəçiləri görmüşdük. Ona qədərsə artıq dörd-beş regionda olmuşduq. Əsas namizədlərin təbliğatları ayın 19-dan başladı. Biz ondan sonra Elvin müəllimlə birlikdə (AVCİYA-nın nümayəndəsi) Daşkəsəndə və Tovuzda plakatları müşahidə elədik. Plakatlarda da cəmi üç nəfər namizədin şəkli var idi. Biz namizədlərin çoxunu tanıyırıq və gələndən sonra onları regionlarda olan vəziyyətlə məlumatlandırdıq. Bəzi namizədlərin plakatlarının olmaması təbliğata gec başlamaları kimi dəyərləndirildi. Onu da deyim ki, getdiyim rayonlarda namizədlərin təbliğat lövhələrində 8 nəfərin bir yerdə olan plakatlarını az gördük. Biri və ya ikisi əskik olurdu. Seçkinin fovoritinə gəlincə bizim də yerlərdə apardığımız müşahidələrə görə bu seçkinin fovoriti Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevdir. Təbii ki, hər şey 11 aprel seçki günü bilinəcək.

- Müşahidəçilər nə iş görəcəklər? Seçkini hansı səviyyədə izləyə biləcəklər?

- Bizim onlara bu təlimi keçməkdə məqsədimiz odur ki, həmin gün səhv buraxmasınlar. Seçki günü onlara iki sualla müraciət edəcəyik: seçici fəallığının vəziyyəti necədir? Bir də qanun pozuntusu olub, yoxsa yox? Biz də bu məqsədlə keçirdiyimiz görüşlərdə onlara nələrin qanun pozuntusu olması, seçki günü müşahidəçilərin necə davranmaları barədə məlumatlar verdik və bir də yaddaş kitabçaları payladıq. Bu dediklərim həmin yaddaş kitabşalarında öz əksini tapıb. Prezident seçkiləri Azərbaycan üçün ən mühüm hadisədir və bu seçki gunündə bizim müşahidəçilər buna tam hazır olmalıdılar. İnanıram ki, onlar heç bir səhv ciddi buraxmazlar.

- Yeri gəlmişkən, siz qəzetlərdə də müşahidələr aparırdınız. Bunun nəticəsi necə oldu?

- Ona aralıq hesabatı deyirik. Mənim ondan hələ xəbərim yoxdu. Bizim qurumun digər nümayəndələri onu aparırlar. Hesabat üçün mən onlardan bu məlumatı götürüb mətbuata açıqlama verəcəm.

- Siz necə düşünürsünüz, namizədlərin seçici potensialı hansı səviyyədədir?

- Namizədlərin demək olar ki, hamısını tanıyıram. Uzun müddət siyasətlə məşğul olmuşam. Əlbəttə ki, favorit prezident İlham Əliyevi çıxmaq şərtilə onların özlərinin də imkanları bərabər deyil. Bu təbliğat deyil, sadəcə vətəndaş mövqeyidri. Məsələn,bir var təşkilatı və yüzlərlə nümayəndəsi olan partiya sədri, biri də var partiyası olmayan və öz namizədliyini müstəqil şəkildə irəli sürən şəxs. Rayonlara gedəndə arxasında təşkilat olanların tərəfdarları daha çox adam yığa bilir, nəinki müstəqilər. Bu baxımdan qüvvələr nisbəti bərabər deyil. Kampaniyanın gedişində də biz bunu görürük və inşallah nəticəni də izləyəcəyik. Amma bu o demək deyil ki, dediyimiz görüntü mütləq belə ola bilər.Əvvəlki seçkilədə bəzi sürprizlərin olduğunu yəqin ki, xatırlayırsınız. Məsələn, Nizami Süleymanov dedi ki, çörəyi pulsuz edəcəm. Bu populist çıxışı ilə özünə xeyli xal qazandı. Ona görə də, hələ bilmək olmaz namizədlərin hansı çıxışları, məruzələri, çağırışları olacaq. Amma hələ ki hər şey sakit tərzdə gedir.

- Deyirsiniz, ciddi qanun pozuntusuna rast gəlinmir. Amma debatlardakı söyüşlər, qara piarla bağlı sizin fikirlərinizi bilmək istərdik.

- Aydındır. Mən özüm də Milli Azadlıq Hərəkatının üzvü olmuşam. Uzun müddət Sumqayıt Xalq Cəbhəsinin də sədri olmuşam. Məsələn, indi görürsən ki, namizəd öz proqramından, öz görəcəyi işlərdən danışmaq əvəzinə düşüb elə milli qüvvələrin üstünə. Bir nəfərdi bu. Elə bil ki, 92-ci ildə olan ideoloji mübarizəsini, umu-küsünü çevirib indiki mərhələyə. Bu xoşə gələn hal deyil. Mənə belə gəlir ki, əgər namizəd real namizəddisə, qalib gəlmək üçün güclü hesab etdiyi rəqibi səhvlərini tənqid edib öz platformasını ortaya qoymalıdır. Bəzisi tamamilə xalqın bəyənmədiyi çıxışlar edir. Bunu hörmətli Əli Həsənov özü də tənqid elədi ki, qarşı-cəmiyyəti qarşıya qoymaq lazım deyil. Bax, bu baxımdan mənə belə gəlir ki, seçkilərə namizəd olan insanlar bunu nəzərə almalıdırlar. Seçki, özü də prezident seçkiləri çox ciddi seçkilərdir və dünya praktikasına görə namizədin üç resursu olmalıdır. İnsan resursu, maddi resurs və vaxt. Görürsünüz ki, etik normaları tənzimləyən resur adı çəkilmir. Həmin insan özü təhsilli olmalıdır, vicdanlı olmalıdır və tərbiyəli olmalıdır ki, insanları təhqir eləməsin. Bu baxımdan mənə elə gəlir ki, bizim bəzi namizədlərdə müəyyən problemlər var.

- İdeal seçki yoxdu və müəyyən nöqsanlar, qüsur olur. Maraqlıdır seçki ilə bağlı risklər hansı səviyədədir və bu risklərin qarşısını almaq üçün hansısa işlər görülürmü?

- Hansı risklər?

- Seçki fəallığından tutmuş qanun pozuntusuna qədər olan bütün risklər...

- Onu biz təlimlərdə də izah edirik. Təlimlər vaxtı izah edirik ki, qanuna görə polis məntəqəyə girə bilməz. Polis o zaman girir ki, məntəqədə münaqişə olur, məntəqə sədri onu dəvət edir. Məsələn, hansısa müşahidəçi görür ki, bir nəfər bir neçə nəfərin adına bülleten alır. Gedib yapışır həmin adamın əlindən ki, ay camaat bü saxtakarlıq edir. Saxtakarlıq eləyən də deyir ki, sən mənə böhtan atırsan. Beləcə, iki nəfər arasında dava düşür. Bax, belə hallar olur. Müşahidəçilərimizə dəfələrlə deyirik ki, siz qanun pozuntusunu müşahidə edir və məntəqə sədrinə bunu mədəni şəkildə deyirsiniz. Əməl olunmasa qeydə alırsınız və sizə zəng edən operatora deyirsiniz. Münaqişəyə qoşulmayın. Ona görə də bizim müşahidəçilərdə artıq belə hallar olmur. Bu cür risklərə qarşə əvvəlcədən psixoloji cəhətdən hazırlayırıq. Məsələn, bir vəzifəli şəxs gəlir səs verir və məntəqəni tərk eləmir. Birbaşa seçkiyə müdaxilədi. Məntəqə sədrinə məlumat verirsən və deyirsən ki, bu adam səs verib, amma çıxmır. Əgər o da buna əhəmiyyət vermirsə, onda qeyd edirsən ki, filan saatda filan məntəqədə qanun pozuntusu olub. Bununla da biz də onu toplayıb gün ərzində mətbuata yayırıq və bununla da Azərbaycan seçki mühitinə, dövlətçiliyinə xidmət etmiş oluruq. Onu hansısa xarici müşahidəçi müəyyən edənə kimi bizim müşahidəçilər hər şeyi həll edir. Mən tam məsuliyyətimlə deyirəm ki, bizim müşahidəçilər bildiyinin çoxunu xarici müşahidəçilər bilmirər. Xarici müşahidəçi ancaq görüntüyə baxır və çıxıb gedir. Amma bizim müşahidəçilər isə səkkizin yayısında gəlir. Birinci mərhələni səkkizə qədər aparır. Səkkizdən yeddiyə qədər aparır, yeddidən sonra isə saymı müşahidə edir.

- Məntəqə üzrə neçə müşahidəçi olacaq?

- Hər məntəqəyə bir nəfər. Çünki bizim ondan artıq imkanımız yoxdur.

- Aralıq hesabat nə vaxt açıqlanacaq?

- Ayın altısında.

- Seçki günü üçün nə deyə bilərsiniz?

- Seçki günü işimiz gərgin olacaq. Gün ərzində beş dəfə məlumat yaycağıq.


Ədil Ədilzadə