adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Aprel 2018 15:54
16774
MƏDƏNİYYƏT
A- A+

Musiqiçimiz İngiltərədə konsert verəcək

Aprelin 14-də Azərbaycanlı violonçel ifaçısı, beynəlxalq müsabiqələr laureatı Camal Əliyev İngiltərənin Safron-Uolden şəhərində konsert proqramı ilə çıxış edəcək.

Azərtac Safron-Uolden Simfonik Orkestrinin saytına istinadla xəbər verir ki, Camal Əliyev konsertdə P.Çaykovskinin "Rokoko” mövzusunda variasiyalarını səsləndirəcək.

Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, "BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.