DİN artıq “İnstaqram”da
Sosial şəbəkə istifadəçiləri artıq daxili işlər orqanlarının gündəlik fəaliyyətinin nəticələrini ilk mənbədən əldə edə biləcəklər.
DİN-dən verilən xəbərə görə, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə 2017-ci il mayın 16-dan Daxili İşlər Nazirliyinin rəsmi "Facebook” səhifəsi fəaliyyətə başlayıb.
Əksər hallarda sosial şəbəkələrdə paylaşılan qeyri-obyektiv, heç bir əsası olmayan, bəzi hallarda cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi güdən informasiyaların mənfi təsirini nəzərə alsaq, hər bir şəxs üçün məlumatların əlçatanlığını və operativliyini təmin etmək bu baxımdan olduqca əhəmiyyətlidir.
Ötən müddətdə paylaşılan məlumatların izlənmə sayının artması, pozitiv şərhlər səhifəyə ictimaiyyətin marağının göstəricisidir.
Artıq aprelin 1-dən Daxili İşlər Nazirliyinin rəsmi "İnstagram” səhifəsi də fəaliyyətə başlayıb, ictimaiyyət və izləyicilər üçün açıqdır.
Səhifəmizdə daxili işlər orqanlarında baş verən yeniliklər, hüquqi və struktur islahatları, keçirilən maarifləndirici, profilaktiki tədbirlər, açılan cinayət hadisələri barədə xəbərlərin operativ və obyektiv yayımının təşkili diqqətdə saxlanılır.
"azerbaycan.din” adı ilə yaradılan səhifəyə nəzər salmaqla daxili işlər orqanlarının cinayətkarlıqla mübarizədə, ictimai təhlükəsizliyin təminində, əməliyyat, xidməti fəaliyyəti, fiziki, döyüş və peşə hazırlığı, beynəlxalq əlaqələri, əməkdaşların elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə qazandığı uğurlar, eləcə də, həyata keçirilən profilaktiki tədbirlər, ictimaiyyətlə görüşləri və digər mövzularda müxtəlif səpkili materiallarla tanış olmaq mümkündür.
Digər Xəbərlər
17 Aprel 2024 21:00
Türkiyədə "Baykar" şirkətinin yeni qanadlı raketi sınaqdan keçirildi - VİDEO
16 Aprel 2024 18:40Saxta nömrələrdən zəng gələrsə, diqqətli olun - XƏBƏRDARLIQ + VİDEO
16 Aprel 2024 18:17Azərbaycanda bu provayderlər cərimələndi
16 Aprel 2024 16:01Bakcell böyük dəyişiklər astanasında
15 Aprel 2024 09:56