adalet.az header logo
  • Bakı 11°C
08 Aprel 2018 17:00
11957
SAĞLAMLIQ
A- A+

Xoşbəxtliyin sirri çözüldü

Stendford institutunun mütəxəssisləri keçirdikləri təhqiqatlar nəticəsində xoşbəxtliyə çatmağın yollarını tapıblar.

Təhqiqatların nəticəsində məlum olub ki, insanlar əlindən gələn yaxşılıqları digərlərinə edən zaman özlərini xoşbəxt hesab edirlər.

Dəyərlər.org bildirir ki, sözügedən təhqiqatda bir neçə könüllü insan iştirak edib. Təhqiqatların nəticəsində məlum olub ki, nəyisə kiməsə bəxş edən insanlar, kimdənsə nəsə qəbul edən insanlardan daha xoşbəxt olurlar.

Mütəxəssislər qeyd ediblər ki, altruizm insanların həmçinin ömrünün artmasına da səbəb olur.

Alimlər bildiriblər ki, insanların xoşbəxt olmasına səbəb heç də yığılan pullar və əşyalar olmur. Xoşbəxtliyin həqiqi səbəbi insanın öz həyatından məmnun olmasıdır. Bu məmnunluğu da insan başqalarından nəyisə əldə etmək də yox, onlara yardım etməklə əldə edə bilər.