Soyğunçuluq edən keçmiş məhkum tutuldu - Fotolar
İctimai asayişin qorunması, şahidi olduğu cinayət hadisələrinə dərhal reaksiya göstərmək və bu hüquqazidd əməlləri törədən şəxsin yerindəcə zərərsizləşdirilməsi hər bir polis əməkdaşının öndə gələn vəzifələrindən biridir.
DİN-dən Adalet.az-a verilən xəbərə görə, vətəndaşların təhlükəsizliyinin polis əməkdaşları tərəfindən etibarlı şəkildə qorunduğunu sübut edən hadisələrdən biri də Xətai rayonu ərazisində baş verib. Belə ki, paytaxt sakini olan bir qadın martın 30-da Xətai rayonu, Sarayevo küçəsində hərəkətdə olan zaman naməlum şəxs ona qarşı zor tətbiq edərək cibində olan mobil telefonunu ələ keçirərək qaçmağa cəhd göstərib.
Zərərçəkənin səs-küyünə yaxınlıqda xidmət aparan Xətai Rayon Mühafizə İdarəsinin tağım komandiri, polis leytenantı Elvin İmanlı və polis serjantı Ceyhun Məmmədov dərhal reaksiya göstərərək soyğunçuluq edərək qaçan şəxsi təqib etməyə başlayıblar.
Polis əməkdaşlarının çevikliyi sayəsində qeyd edilən cinayəti törədən şəxs Bakışəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Axundov hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılaraq 34-cü Polis Şöbəsinə təhvil verilib. Şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman zərərçəkənə məxsus telefon və bir ədəd bıçaq aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarəsi müraciət edə bilərlər.
Digər Xəbərlər
29 Mart 2024 09:59
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanıldı
29 Mart 2024 09:50Xankəndidə silah-sursat aşkarlandı
28 Mart 2024 16:46Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanıldı - VİDEO
28 Mart 2024 12:23Xankəndidə silah-sursat aşkarlanıb
28 Mart 2024 11:46