adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

CƏHALƏT GİRDABINDA

AFAQ MƏSUD
24162 | 2018-04-02 11:43

Adalet.az yazıçı Afaq Məsudun "Cəhalət girdabında" yazısını təqdim edir.

Vaxtı ilə yazdığım "Azadlıq”romanının birinci fəsli 80-ci illərin sonlarından, həmin dövrlər Azərbaycandacərəyan edən ictimai-siyasi hadisələrdən, hakimiyyəti ələ keçirsə də, onunladavranış qaydalarını bilməyən və bu səbəbdən ölkəni uçuruma sürükləyəntragikomik olaylar törədən oyuncaq hökumətin macəralarından bəhs edir.

Bu fəsildə, həmçinin o dövrlərxalq hərəkatının mərkəzi olan "Azadlıq” meydanında baş verənlər – Azərbaycanınazadlığı və müstəqilliyi uğrunda savaşa qalxmış xalq və onunla yanaşı,azadlığın, müstəqilliyin nə demək olduğu barədə heç bir anlayışı olmayan, bubarədə düşünməyi, bəlkə də, heç bir zaman ağlına belə gətirməyən, bu ümumxalqcoşqusuna öz xırda, fərdi problemlərinin, məişət dərdlərinin narazılığı iləqatılan bir qisim insan zümrəsinin təsviri də yer alır.

Meydanda nə baş verdiyini, xalqhərəkatının amalını, ali məqsədini dərk etməyən, daha doğrusu, dərk etməkiqtidarında olmayan bu bəsit təfəkkür sahibləri bura müxtəlif dərdlərlə – biri,neçə illərdən bəri sınıq damının təmirinə əlac qılmayanmənzil-təsərrüfat kontorundan gileyli, o biri – qonşusu, ya qohumu ilə böləbilmədiyi torpaq sahəsi, yaxud əmlakından narazı, digəri – ali məktəbə daxilola bilməyən övlad nigaranlığı və s. ilə gəlsələr də, izdihamın ab-havasıyla,hamıyla bir "A-zad-lıq!” –deyə qışqırır və bundan özünəməxsus rahatlıq tapır…

Zaman ötdü, ölkəmiz, nəhayət,layiq olduğu müstəqilliyinə qovuşdu, çiçəkləndi, abadlaşdı, Bakımız,şəhərlərimiz, kənd və qəsəbələrimiz işıqlandı. Bir vaxtlar düşmən tanklarının,Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda canlarını qurban vermişşəhidlərimizin cəsədi üzəriylə yeridiyi "Azadlıq” meydanı qüdrətli Azərbaycanordusunun nümayiş meydanına çevrildi…

Vaxtı ilə bu meydanda şüursuzcanfəşanlıqla "Azadlıq!” çığıran həmin zümrə isə dəyişmədi. Onlar yenəmeydandadırlar. Bu dəfə onların meydanı "Azadlıq” yox, virtual əxlaqsızlıq vəheysiyyətsizlik məkanına çevirdikləri sosial şəbəkələr, şüarları – mənasını vəməqsədini yenə anlamadıqları qaranlıq savaşın diktəsi altında yağdırdıqlarısöyüş və təhqirlərdir. Bu dəfə onlar xalqın yox, onun düşmənlərinin – ölkənininkişafını, abadlığını, əmin-amanlığını, dövlətinin müstəqil, çevik siyasətini,əyilməzliyini gözü götürməyənlərin yanındadırlar. Onlar bu dəfə də qoşulduqlarısavaşın mətləbini – Azərbacanın dağıdılmasına köklənmiş bu iyrənc təxribatınalt qatında közərən düşmən niyyətini anlamaq iqtidarında deyillər...

Bu gün onların şüarı söyüş vətəhqirlərdir və bütün bu püskürtünün arxasında yenə həmin dar, bəsit təfəkkür,miskin vətəndaşlıq yetərsizliyi işarır. Onlar söyür, hədələyir, təhqirləryağdırır, heç bir məntiqi əsasa dayaqlanmayan bu nifrətin, Azərbaycanın gözqabağında olan uğurlarına kölgə salmaq iqtidarında olmadığının fərqinəvarmırlar.

Təbiidir, tutarlı söz olmayanda,əlac söyüşlərə və təhqirlərə qalır.

Lakin bu adamlar, söyüb təhqiretdiklərindən guya üstün tutduqları ana-bacılarından, övladlarından,ümumiyyətlə, Azərbaycan xalqından və Azərbaycan dilindən utanmırlarmı?..

Axı bütün bu mənzərə – heç birəxlaqa sığışmayan, Azərbaycana, azərbaycançılıq məfhumuna uyuşmayan o eybəcərmətnlər, ilk növbədə Azərbaycan xalqını, onun əxlaqını, dilini təhqir edir?!Ucuz, şəxsi iddiaları, məişət səviyyəli fərdi inciklikləri necə ana Vətəndən,xalqından, millətindən üstün tutmaq olar? Buna nə ad verək? Şüursuzcahillikmi?.. Yoxsa, milli heysiyyətsizlik? Ya sadəcə, xainlik?..

Özlərini azərbaycanlı hesabedən bu adamlar, müstəqilliyinə yenicə qovuşmuş bu yaşıllıqlar, çaylar,hövzələr, dağlar dolu gözəl diyarın hansı geosiyasi durumda olduğu, başınınneçə illərdən bəri hansı müsibətlər və bəlalar çəkdiyi, dörd bir yandan hansıtəhlükələr, xarici təzyiqlər və təhdidlərlə üzləşdiyi və bütün bu od-alovun içiilə, sakit sularda əmin-amanlıqla üzən yaşıl gəmi tək irəliləməyə davametdiyinin nəyin, hansı əziyyətlərin və fədakarlıqların bahasına başa gəldiyibarədə nə isə anlayırlarmı, görən?..

Məncə, yox. Olsun ki, onlarəbədi olaraq, həyatın dibinə – ali, insani dəyərlərin, yüksək idealların,Vətən, torpaq, xalq kimi, müqəddəs məfhumların heç bir zaman anlaşılmayacağı,insan ziyasının öz nurunu heç bir vaxt saçmayacağı, havasız, qaranlıq cəhalətbataqlığına gömülməyə məhkumdurlar. O zülmətin, o ziyasız bataqlığın bir adıvar: CƏHALƏT.

TƏQVİM / ARXİV