adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Aprel 2018 14:58
13938
KRİMİNAL
A- A+

31 yaşlı qadın doğuşdan sonra öldü - Cinayət işi açıldı

Şəki Regional Perinatal Mərkəzində ölüm hadisəsi baş verib.

Adalet.az xəbər verir ki, Şəki şəhər sakini, 1987-ci il təvəllüdlü Məmmədova Türkan İlham qızı martın 28-də Şəki Regional Perinatal Mərkəzinə qəbul olunaraq keysəriyə yolu ilə əməliyyat olunmaqla qız uşağı dünyaya gətirib. Əməliyyatdan sonra səhhəti pisləşən T.Məmmədova görülmüş müalicə tədbirlərinə baxmayaraq, 31 mart 2018-ci il tarixdə dünyasını dəyişib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) cinayət işi başlanmaqla zəruri təxirəsalınmaz istintaq hərəkətləri keçirilərək məhkəmə tibbi ekspertizası təyin edilib.