adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
31 Mart 2018 10:42
13582
KRİMİNAL
A- A+

Azərbaycanda bir gündə 72 nəfər SAXLANILDI

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 95 cinayət faktı qeydə alınıb, onların da 23-ü "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 33 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.