Əbülfət MƏDƏTOĞLU: ÜÇ SƏTİRLİK MƏKTUB

ƏBÜLFƏT MƏDƏTOĞLU
53645 | 2018-03-30 17:50

İnsan adətən təkqalanda, öz dünyasına çəkiləndə və bir də nəyisə, kimisə itirəndə özüylədanışır, özünü qınayır, özündə günahlar axtarır, özünə bəraət verir. Necə deyərlər,hakim də özü olur, müttəhim də. Bu son 20 gündə mən də belə oldum. Və anladımki, həyatımın ən böyük güvəncini, ən böyük dayağını, ən böyük köməyini,bütövlükdə sinəsinə sığına biləcəyim DAĞI fələk əlimdən aldı.

Və əlimdənaldığı DAĞla da ürəyimə dağ vurdu. Mənim bu sözlərimi, təbii ki, oxuyanlar müxtəlifcür qəbul edəcəklər, müxtəlif formada qarşılayacaqlar. Amma tam əminəm ki, ataitirənlər, valideyn itirənlər məni anlayacaqlar. Heç olmasa, mənim nə çəkdiyimi,nə düşündüyümü dinləyəcəklər, hiss edəcəklər, sözlərim onlara yamaq kimi görünməyəcək.Bax, bunun özü təsəlli olacaq valideyn itirənlərə. Çünki mən atamı itirən günü,onu son mənzilə tapşıran an yetim olduğumu hiss etdim, yetim qaldığımı anladım.Həmin ana qədər, o bir çimdik torpaq məzarıüstünə atılana qədər mən onu anlamamışdım.

O məqamda sözümhavada qaldı... o məqama qədər kimsə, təbii ki, evimin içində, ailəmin əhatəsindəsözümü qəribçiliyə salmamışdı. Və mən həmin məqamda dediyim sözün bir küləkkimi keçib getdiyini duyanda bildim ki, atasız qaldım... bildim ki, o dağuçdu... bildim ki, onun baxışları, onun həniri, onun hökmü artıq xəyaldı,yuxudu, xatirədi... Və bax, onda özümü nə qədər toplasam da bacara bilmədim. İnanın ki, oana qədər ağlamamışdım. Özümü sıxıb saxlamışdım. Məhz o an ağlamışdım atamüçün. Özü də təkcə atam üçün yox, həm də özüm üçün ağladım. Axı, mən özümü də,özümün güvəncimi də dəfn edirdim. Beləcə, başladı mənim yetimliyim. Və obaşlanan yetimliyin bir şeiri də doğuldu. Yazdım ki:

Bitibqurtarmı ki, bu uzun gecə

Sonugörünmür ki, bu qaranlığın...

Dərdqoşdu axır ki, məni bu köçə -

Əlindəsaxlayıb öz tiranlığın!..


Uçdusöykəndiyim zirvə kökündən

Həzmedə bilmirəm bu yetimliyi...

Səndənayrılmağın lap ilk günündən -

Duymağabaşladım mən çətinliyi...


Sözümünsöykəyi göyə çəkildi -

Başımaqoyulan ağılla birgə...

Dünyamınölçüsü itdi, kiçildi -

Uşaqlıqadlanan nağılla birgə...


İndiata sözü dilə gələndə

Rəhmətkəlməsi də qoşulur ona...

Mənəelə gəlir ata öləndə -

Birkişi hökmü də yetişir sona!..


Bəli,atamı dəfn etdiyim həmin günün bir ifadəsi olan bu şeiri elə ertəsi günü hamının şirin yuxuda olduğuvaxt məzarı üstünə gedib özünə pıçıldadım.

Yəqinki, duydu, dinlədi məni. Çünki ondakıhövsələ, ondakı səbr ölçüsüz idi. O yerə qədər ki... Bax, onda kükrəyərdi.Hətta ən əziz adamına belə iradını deməkdənçəkinməzdi. Və hər dəfə də vurğulayardı ki, sözü üzə demək lazımdı. Tərifi də,lap iradı da, qoy sahibi özü eşitsin. Mən də onun özünə oxudum bu şeiri. Bilmirəmhansı reaksiyanı verdi, necə qarşıladı, amma həmin günün sübh yeri qızarmamış mənonun məzarı üstündə "sabahın xeyir" deyib oxudum bu şeiri. Sonra...

Sonrabaşladı onsuz günlərim. O günlərin içərisində nəvələrin xatirinə bir bayramovqatı yaratmaq istədim. Nəqədər cəhd etsəm də, yarada bilmədim həmin ovqatı. Çünki bu ovqatın yaranmasına4 yaşlı Nigarım mane oldu...

Onun bircə kəlməsözü dünyamda təkrar bir uçqun yaratdı.Nəticənin "qoca baba" deyib üstünə qaçdığı bir insanın ölümünəreaksiyası çox təsiredici oldu. Mənəsığınıb "baba, sən də öləcəksən? Axı, sən də qocalmısan" - dedi.

O gündən Nigarınyaddaşında insanın qocalanda öləcəyinə bir qəribə yanaşma formalaşıb. Ayırabilmirəm onu həmin o ölüm deyilən birfikrin aurasından. Eləcə hər dəfə üstümə yüyürəndə o qorxunu nəvəmingözlərindən oxuyuram. Hətta bayram gecəsində də oxudum həmin o təlaşı, onigarançılığı. Və çəkilib bir küncə həmin bayram gecəsində atam üçün ikinciağını yazdım. Yazdım ki:


Bu axşam

kimsəni gözləmirəm,

harasa tələsmirəm-

belə bir istəyimdə yox

bir qara qələmin

qara nöqtəsiöldürdü

altmış illik vərdişimi

yəni

sənin yanındaolmaq

adətimi..

istəyimi...

ona görə də

gözlərim

gözyaşımdan tox

indisə...

hərbiri

özdamının altında

yəni

həyətində

vəhəyatında

olanövladların

sənievində,

yanında,

başınınüstündə görür

buaxşam -

sənyanan şam

ruhsanaxı!..

Bəli,mən bir insan, bir övlad olaraq valideyn qarşısında, cəmiyyətdə günahsızolmadığıma əminəm. Bilirəm ki, çox şeylər edə bilərdim. Amma gah müəyyən səbəblərdən,gah biganəlikdən, gah da sabah edərəm istəyimdən əl çəkə bilmədim və ona görə dəedə biləcəklərimi etməmək günahı qaldı boynumda. Sən isə üzümə vurmadın heçvaxt. Hərdən başını buladın, hərdən üzünü yana çevirdin, hərdən də eləcədediyin bircə kəlmə söz bir kitablıq yük oldu mənə... töhmət oldu mənə...ağırlıq və əzab gətirdi mənə... Beləcə, arxada qaldı başlanan yetimliyin böyükbir zaman kəsiyi. Və bu zaman kəsiyinin içərisində ilk dəfə gəldin yuxuma. İlkdəfə səni son görüşümdə gördüyüm çöhrəndən əsər-əlamət yox idi. Dəyişmişdi hərşey. Elə bil ki, tamam başqalaşmışdın, gəncliyində olduğun kimi... Və mən də bunun səbəbini yuxudan oyanandaanladım. Və anladıqlarımı misralara köçürdüm.

Bugün

dostlaryığışmışdı

təsəlliüçün

səndə gəlib oturmuşdun

gülürdüüzün...

hissedirdim

sevinirsən

vəgözlərinlə deyirsən

təkdeyilsən! -

bucümə axşamında...

dostlarlabahəm

səndə yanımda...

azqalmışdım

inanımda

yuxarıbaşda

ruhundeyil

özünəyləşmisən...

sadəcə

ağrılıçöhrən

tamamnurlanıb

dəyişmisən.

Atam,

vallah,mən də sevindim

demək

ağrılardan

canınıqurtarmısan

bucümə axşamında...

məndostların

əhatəsində,

sənürəyimdə,

gözümünönündə

həmişəkikimi də

əlinüstümdə...

mənitək qoymursan

bugünümdə

vəgünündə...

inanmağabaşlayıram

çoxşeyə

sənsizlikyarası

anbaanişləsə də

dərində

hələdə

gücümçatmır özümə

keçiboturum

Atayerində -

bucümə axşamında...

Bəli,bu yazını özümə təsəlli üçün yazmadım. Bu yazını heç sizə də, dostlarıma da, oxuyanlara da, nələriyaşadığımı demək üçün bilgisayara diqtə etmədim. Eləcə içimdən gəldi ki,bilgisayar önündə dayanıb o kədərli anlarımdaməni telefonla arayıb atamı soruşan hər kəsin, xüsusilə Gülər qızımın,eləcə də digərlərinin qarşısında bir anlıq susub deyim ki, yanımda olduğunuzagörə, dayaq durduğunuza görə sağ olun! Və bir də...

Hə,mən bu yazını yazdığım və ümumiyyətlə, bu yazının yazılışına qədəryaşadıqlarımın hamısını içimdə bir-bir ipə-sapa düzmüşəm. Bilirəm ki, ömrümboyu ipə-sapa düzdüyüm bu olanlar və olanların sözlə ifadəsi məni tərk etməyəcək.Həm yuxumda, həm aşkarda məni izləyəcək. Onu da bilirəm ki, mən bir övladolaraq günahlarımı da heç nəylə yuya bilməyəcəm. Çünki bu günahları etiraf edəcəyiminsanın özü artıq günahsızların məkanındadı. Ora isə heç kimin əli çatmır, ünüyetmir. Mən də əl və ün çatmayan o yerə ən münasib, ən layiqli bildiklərimin hərbirinin ruhu qarşısında baş əyməkdən özgə bir yol tapa bilmirəm. Ona görə dəköksümə əyilmiş başımda mənə rahatlıq verməyən fikirlərlə baş-başa qalanda sənəhəmişə olduğu kimi üz tuturam.

Kirpiklərdənasılmış

Yuxuçatmır hayıma...

Allahdərd boğçasından -

Bolayırıb payıma!


Danyerinin ağaran

Gözünəqan süzülüb...

Səndənbaşqa hər kəsdən -

Ümidlərimüzülüb...


Birazan sədası tək

Hopurmənə pıçıltın...

Məniovudan ürək -

Səniçimdə hıçqırdın!..


Gülümsəqoy aldanım

Tapım ümid - dəfinə!

Gəlişinəinanım -

Birdərdimin dəfninə...


Bax,mən indi itirdiyimin acısı, ağırlığı altında olsam belə, sizlərə mənəvi borcumuyaddaşıma yazmışam. Siz də mənə olan diqqətinizi halal edin! Axı bu dünyaölüm-itim dünyasıdı. Sizin hər birinizə sonsuz sayğılarla yetimliyimə şərikolduğunuz üçün "sağ olun!" deyirəm.


TƏQVİM / ARXİV