adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Mart 2018 14:36
16401
KRİMİNAL
A- A+

“Lotu Quli”ni təhqir edən “Rahim Şəkinski” Fransada güllələndi

Fransanın Tuluza şəhərində silahlı insident baş verib.

Hadisə bu gün səhər saatlarında Tuluzanın yaxınlığındakı Colomie şəhərində qeydə alınıb.
Məlumata görə, naməlum şəxslər avtomobildən düşən azərbaycanlı Rahim Namazov və onun həyat yoldaşına 8 dəfə atəş açıblar.

İnsident zamanı ağır yaralanan azərbaycanlılar Purpan xəstəxanasına yerləşdirilib. Qadın aldığı güllə yarasından xəstəxanada dünyasını dəyişib. R.Namazovun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Kriminal aləmdə özünü "Opasnı Roma", "Rahim Şəkinski" kimi təqdim edən Rahim Namazov "Youtube” şəbəkəsində səs yazıları yayaraq kriminal aləmdə "Lotu Quli" kimi tanınan Nadir Səlifovu təhqir etmişdi. Onun "Lotu Quli"nin adamları tərəfindən güllələndiyi iddia edilir.(azvision.az)