adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: DÜNYANIN ƏN GÖZƏL QIZI

FAİQ QİSMƏTOĞLU
53663 | 2018-03-30 14:33

… Onda dünyanın əngözəl qızının 7-8 yaşı vardı. Və 7-8 yaşlı bu qız həmişə anası Xanım bibimlə vəHəqiqət bibimlə bizə gələrdi. Gələn kimi də öz şıltaqlığı, öz dəcəlliyi və öz şirinliyiyləbizi ovsunlayardı. Həyətə düşərdik, ya qaçdı-tutdu oynayardıq, ya da başqa maraqlıoyunlar oynayardıq. Onun bizə gəlməsi həmişə toy-bayram idi. Çünki bizə gələndə sanki evimizdə günəş doğur, işıqolur və hər tərəfdə yaz ətri hiss eləyirdin…

… Bizə tez-tez dəgəlməzdi. Ən yaxşı halda ildə bir-iki dəfə Xanım bibimə qoşulub qapımızı açardılar.Və biz qardaş-bacılar da dünyanın ən gözəl qızının gəlməsini səbirsizliklə gözləyərdik.Və bəzən də onu görməyəndə çox darıxardıq. Deyərdik ki, görəsən Nəzakət bizdən küsüb,ya yox?! Heç küsəyən qız da deyildi. Amma çox şirin, çox da dəcəl qızıydı…

Bəhmənliyə kəndirbazgəlmişdi. Və bu kəndirbaz heç də bizim tez-tezkəndimizə gəlib çıxan deyildi. Kəndirbaz gələndə kolxoz həyətində tamaşaya o qədəradam yığılardı ki, iynə atsan yerə düşməzdi. Və bu kəndirbazlar da bir-birindənmaraqlı nömrələr göstərərdilər. Ya nazik məftilin üzərində atılıb-düşər, ya da stoluo məftilin üzərinə qoyub onun üstündə akrobatik hərəkətlər eləyərdi. Onun hər nömrəsialqışlarla qarşılanırdı. Və dünyanın ən gözəl qızı da kəndirbaz kəndimizə gələndə həmin tamaşaya baxardı. Kəndirbazgedəndən sonra isə biz də kəndirbazlıq eləmək istəyirdik. Çünki kəndirbazdan dünyanınən gözəl qızının xoşu gəlirdi.

… Bir dəfə bizə gələndədedim ki, sənin kəndirbazdan yaman xoşun gəlir. O isə başı ilə təsdiq elədi, yəni«xoşum gəlir» - dedi. Bunu eşidən kimi həyətimizdəki iki gilanar ağacının arasındabir məftil bağladıq və əlimizə də uzun bir ağac alıb onun üstünə çıxdıq. Daha doğrusu,onun üstünə mən çıxdım. Ordan təpəsi üstə necə yerə yıxıldımsa, bir də gördüm başımdanqan axır. Və dünyanın ən gözəl qızı da buna baxıb gülür. Gülə-gülə dedi ki, səndənkəndirbaz çıxmaz. Başımın yarıldığını eşidən Xanım bibim də bunu görüb dünyanın ən gözəl qızına bərk əsəbləşdivə düşdü Nəzakətin üstünə. Dişinin dibindən çıxanı ona dedi. Dedi ki, ay canı yanmış,bu uşağı qızışdırıb nə o məftilin üzərinə çıxarmısan?

Özümü toparlayıbXanım bibimi sakitləşdirdim. «Nəzakətin heç bir günahı yoxdur» – dedim. Mən özüm kəndirbazlıq elədim.Guya forslandım ki, onun xoşuna gələm. SonraXanım bibim güldü və dedi: «Ay pir olmuş, sən Qismətin oğlusan ey, nə kəndirbaz-zad.Dünya dağılsa da mən kəndirbaza qız vermərəm.Ancaq siz yaxşı oxusanız, dərslərinizdən beş alsanız, bax, Nəzakəti sizdən birinəverəcəyəm».

… İllər keçdikcəbiz böyüyürdük. Və Nəzakət də məndən iki yaş böyük idi. Hər dəfə Xanım bibim gələndəsoruşurdu ki, dərsinizi necə oxuyursunuz. Biz də Nəzakətin xoşuna gəlmək üçün bir-birimizinbəhsinə dərslərimizdən «beş» alırdıq. Elə rəhmətlik Xanım bibim həmişə bu sözü tez-tezdilinə gətirərdi. Sanki o bizi ruhlandırır və deyirdi ki, yaxşı oxuyan həmişə gözüaçıqvə alnıaçıq olur.

… Üç qardaş üçümüzdə orta məktəbi yaxşı oxuduq. Birimiz tarix fakültəsinə, birimiz jurnalistika fakültəsinə,birimiz də hüquq fakültəsinə qəbul olduq. Bəlkə də Xanım bibimin o sözləri olmasaydı,biz bir o qədər də yaxşı oxuya bilməzdik...

… Onlar hamısı uşaqlıqillərinin yaddaqalan anlarıydı. Amma elə ki, böyüdük, biz dünyanın ən gözəl qızınıöz bacımız kimi sevdik. Hətta onu böyük qardaşıma atam almaq da istəyirdi. Bunanə qardaşım razı oldu, nə də Nəzakət. Biri dedi bacımdı, biri də dedi qardaşımdı.Gör neçə illərdi bu qardaş-bacı münasibətləri davam eləyir. Gör neçə illərdi xanımbibimin, Həqiqət bibimin bizim aramızda yaratdığı çox böyük məhəbbət və istək hərbirimiz tərəfindən davam etdirilir…

Xanım bibim çox gözəlplov bişirərdi. Qarabağlılar plova aş deyirlər. Atam rəhmətə gedəndə bir gündə yas məclisində yeddi-səkkiz böyük qazan aş dəmləndivə camaat da bildi ki, bu plovu Xanım bibim bişirib. Düzdür, o bizdə atam rəhmətəgedəndə plov bişirmişdi. Amma evlərinə gedəndə də ondan da gözəl plov dəmləyərdi.Plovu yeyəndən sonra adam doymaq bilmirdi. Və düşünürdü ki, bir də Xanım bibimgilənə vaxt gələcəyik ki, o dadlı plovdan yeyə bilək...

Xanım bibim də dünyasınıdəyişdi. Sonra da Həqiqət bibim Allah dərgahına qovuşdu. Və hər iki yas məclisindəiştirak eləyəndə onların yoxluğuna inana bilmirdik. İnana bilmirdik ki, bu gözəlmələk kimi insanlar haqq dünyasına qovuşub. Xanım bibimin də, Həqiqət bibimin dəətrini Nəzakətdən alırıq. Hətta mənim həyat yoldaşım Rəhilə xanım deyir ki, Xanımbibin yoxdu, Həqiqət bibin yoxdu, onun yerində şükür Allaha Nəzakət xanım var. Bax,biz də Nəzakəti görəndə elə bil ki, bacımızı görürük. Elə bil ki, Xanım bibimlə,Həqiqət bibimlə görüşürük…

Dünyanın ən gözəlqızına Bəhmənlidə çoxları elçi düşmüşdü. Ancaq o, öz seçdiyi, ürəyinə yatan insanlaailə qurdu. Çox yaxşı da övladları var. Səhv eləmirəmsə, oğlu polis orqanlarındaişləyir. Əsas məsələ odur ki, bu ocaqda, bu yurd da həmişə səmimiyyət və meribanlıqolub. Və bizim xeyir-şərimizdə dünyanın ən gözəl qızı bacılarımızdan seçilməyib.Yəni bacılarımızla necə görüşürüksə, onunla da belə bir səmimiyyətlə görüşürük…

Novruz bayramı ərəfəsindəonun mobil telefon nömrəsini bibim oğlu Tehrandan öyrənib zəng vurmaq istədim. Bibimoğlu Tehran da elə-belə oğlan deyil. Bir dəqiqənin içərisində istəsən sənə Amerikanınprezidenti Trampın da telefon nömrəsini öyrənib deyə bilər. Və heç kimin aşıra bilmədiyiişi bibim oğlu Tehran bacarır.

Dünyanın ən gözəlqızına zəng elədim. Əvvəl tanımadı. Sonra dedim ki, Qismət kişinin oğlu Faiqdi.Bax, onda səsi titrədi və kövrəldi. Bir anlıq sevincindən bəlkə də şoka düşdü. Handan-hanadilləndi: «Elə bil dünyanı mən verdin. Bu Novruzda heç kəs sənin qədər məni sevindirəbilməmişdi. Bax, indi gördüm ki, mən tək deyiləm. Arxamda sizin kimi etibarlı, namuslu,qeyrətli qardaşlarım var. Və siz də heç vaxt məni çətin gündə darda qoymamısınız.Səndən bir xahişim var: haçan kəndə gəldin,Rəhiləni, Emini götür gəl bizə! Gör maman qızı sizə necə süfrə açır. Allah sənəo bir oğlunun toyunu görməyi qismət eləsin! Bax, onda bacın Nəzakət o toyda ayaqyalınoynayacaq».

… Telefonu söndürəndənsonra özüm də kövrəldim. Və yadıma rəhmətlik Xanım bibim, Həqiqət bibim düşdü. Vəyadıma onlara qoşulub uşaq vaxtı bizə gələn Nəzakətin o dəcəlliyi, o şirinliyi gəldi.Rəhmətlik atamın, anamın onların gəlişindən necə sevindiyini, necə fərəhləndiyinixatırladım. Həyətimizdə atamın göstərişiylə bu gəlişə qoçun necə kəsildiyi və kababınnecə bişirildiyi gözümün önünə gəldi. Bir anlıq doğmalarımla sanki qovuşdum…

Elə bildim ki, Nəzakətlətelefonla danışanda rəhmətlik Xanım bibimin, Həqiqət bibimin ruhları da xəbər tutdu,dincəldi. Qohumların bir-birini axtarması, bir-birinə gedə bilməsə də, bayram günlərindəzəng vurması inanın, dünyasını dəyişən doğmaların da ruhuna bir sığal çəkir. Vədüşündüm ki, bu hərəkətimlə bir daha bibim qızı Nəzakətə arxa olduğumuzu, söykəkolduğumuzu göstərmişik. Və bir daha dünyanın ən gözəl qızı hiss elədi ki, o təkdeyil. Onun başının üstündə Allah var, arxasındasa mənim kimi, Elxan kimi doğmalarıdurub.

… O günü dünyanınən gözəl qızını bəlkə də Allah sevindirdi. Çünki birdən-birə yadıma düşdü və onatelefon açdım. Allah-Təala heç vaxt heç kimi yaddan çıxarmır. Qəlbimizdə olan busevinci, bu istəyi, bu səmimiyyəti biz doğmalarımızdan heç vaxt gizlətməməliyik.Ən azından ona görə ki, onlar bu istəyi, bu səmimiyəti hiss edəndə qəlblərində vəürəklərində bir yaz təravəti, bir yaz işığı hiss edirlər…


TƏQVİM / ARXİV