adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
29 Mart 2018 16:54
19299
MARAQLI
A- A+

İnsan bədənində yeni orqan kəşf edildi

Elm adamları insan vücudunda yeni orqan kəşf edib.

Adalet.az "İndependent” nəşrinə istinadən xəbər verir ki, "İnterstitium” adlı orqan insan vücudundakı 80 orqan arasında ən çox həcmə malikdir.

Mütəxəssislər ümid edir ki, bu orqan xərçəng hüceyrələrinin insan vücudunda yayılmasını daha yaxşı anlamağı təmin edəcək.

Araşdırmaya görə, qatlı hüceyrələrdən əmələ gələn orqanın içi bir neçə maye bölmədən ibarətdir. Bu bölmələr dərinin altında yerləşir və mədə, ağ ciyər, qan damarları və əzələləri əhatə edir. Yəni, insan vücudunda şəbəkə halında yerləşir. Orqan elastik və güclü protein şəbəkəsi ilə qidalanır.

Orqanı kəşf edən "Mount Sinai Beth Israel” tibb mərkəzinin professoru Petro Beniyas bu orqana bir xəstədə xərçəng hüceyrələrini axtararkən rastladığını deyib.

Bu orqana daha əvvəl rast gəlinməməsinin səbəbi isə tibbi mikroskopların lampalarının nizamlanması zamanı orqanın mayelərini boşaltması prosesi olub. Çünki orqan bu proses nəticəsində öz quruluşunu itirir.