adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
29 Mart 2018 16:44
18216
MƏDƏNİYYƏT
A- A+

Şəkidə Beynəlxalq Teatr Festivalı keçiriləcək

"Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə 12-19 may tarixlərində Mədəniyyət və Turizm Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimlərinin təşkilatı dəstəyi ilə "Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, festival Heydər Əliyevin anadan olmasının 95, müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 və milli peşəkar teatrın yaradılmasının 145 illiyinə həsr edilib.

Artıq üçüncü dəfə keçirilən və teatr ənənələrimizdən birinə çevrilən festivalın Təşkilat Komitəsinə iştirak üçün dünyanın müxtəlif ölkələrindən - Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna, Meksika, Kolumbiya, Argentina, Fransa, İsrail, İtaliya, Mərakeş, Küveyt, Makedoniya və İrandan 60-dan yuxarı təklif daxil olub.