adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Mart 2018 20:00
21102
MARAQLI
A- A+

Poroşenkonun əsgəri qarovulda yenə yıxıldı – Video

Ukrayna Prezidenti Pyotr Poroşenkonun çıxışı zamanı arxasında dayanan fəxri qarovulun əsgəri huşunu itirərək yerə yıxılıb.

Hadisə Ukrayna Milli Qvardiyasının həlak olan hərbçilərinin xatirəsinə həsr olunmuş tədbir zamanı baş verib.

Prezidentin çıxışı zamanı onun arxasında dayanan iki bayraqdardan biri müvazinətini itirərək dizləri üstə yıxılıb və əlində saxladığı prezident ştandartı yerə düşüb. Dərhal əsgərə yaxınlaşan Milli Qvardiya rəhbəri ştandartı yerdən qaldıraraq əsgəri arxasında gizlətməyə çalışıb. Bundan sonra qarovul nəfəri səhnədən kənarlaşdırılıb.

Qeyd edək ki, Poroşenko prezident seçiləndən sonra andiçmə mərasiminə gələrkən də fəxri qarovuldakı əsgərlərdən biri huşunu itirərək yıxılmışdı.