adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 Mart 2018 13:41
53641
MARAQLI
A- A+

Çinin 3500 illik çəltik tarlaları




















Çinin Nalonq kəndində çəltik tarlaları yamaclarda yer alır.


Milatdan əvvəl 3500 illərdən bu yana düyü yetişdirilən Çində çəltik tarlalarının yamaclara qurulmasının da bir səbəbi olmuşdur.


Çinlilərin qidasında mühüm rol oynayan çəltik başlıca olaraq ölkənin cənubunda və Yanszı vadisində yetişdirilir. 


Çində çəltik samanından yem kimi heyvandarlıq və quşçuluqda, kağız, həsir, ip və s. hazırlanmasında istifadə olunur. 


Su ilə örtülmüş çəltik sahələrində balıq yetişdirilir. Buğda Çin düzənliyində, Xuanxe hövzəsində, pambıq Xuanxe hövzəsində, çay ölkənin cənub-şərqində və cənubunda becərilir. 


Təbii şəraiti imkan verən hər yerdə kartof, batat, tərəvəz, meyvə və tütün becərilir. Kənd təsərrüfatı məhzullarının 60%-i ölkənin şərqində istehsal edilir.

Çinin Elmlər Akademiyası ölkədə düyü istehsalını artırmaq üçün yeni çəltik sortu yaradıb.


2,2 metr hündürlüyünəcən böyüyən bu sort fermerlərə məhsuldarlığı təxminən 50 faiz artırmağa imkan verəcək.


İndi Hunan vilayətində sınaq üçün əkilən "nəhəng” çəltik sortunun yaradılmasına alimlər 10 il vaxt sərf ediblər.


Əhalisi durmadan artan Çində düyü əsas ərzaq məhsuludur.


Çəltik Yer kürəsində əkin sahəsinə görə bütün bitkilər arasında ikinci yeri tutur. Düyü yer kürəsi əhalisinin təxminən beşdə ikisini qidalandırır.