adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
24 Mart 2018 16:50
9654
SAĞLAMLIQ
A- A+

Rusiyada qrip səbəbindən məktəb və bağçalar bağlandı

Rusiyada qrip virusunun yayılması səbəbindən 93 məktəb və 84 bağça bütünlüklə bağlanıb.

Adalet.az-ın məlumatına görə, "Rospotrebnadzor"un tələbi ilə məktəblərdə 1064 sinif və bağçalarda 489 qrup epidemiya səbəbilə fəaliyyətini dayandırıb.

Məlumatda həmçinin deyilir ki, hazırda bağlanan tədris və tərbiyə müəssisələrində profilaktik tədbirlər aparılır.