adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Mart 2018 16:00
8308
HADİSƏ
A- A+

Abşeronda ağır qəza

Özəl şirkətlərin birinə məxsus sərnişin avtobusu qəzaya uğrayıb

Abşeron rayonunda özəl şirkətlərin birinə məxsus sərnişin avtobusu qəzaya uğrayıb.

Adalet.az "Report"a istinadən xəbər verir ki, hadisə Qobu qəsəbəsində baş verib. Şirkətə məxsus 10-VJ-993 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı sərnişin avtobusu hərəkət edən zaman onun qarşısına "Ford" markalı yük avtomobili çıxıb.

Nəqliyyat vasitələrinin toqquşması zamanı avtobusda olan 1975-ci il təvəllüdlü Raifə Gülverdi qızı Cahangirova, 1976-ci il təvəllüdlü Şölə Sabir qızı Hacıağayeva, 1978-ci il təvəllüdlü Səidə Əliyoldaş qızı Sadıqova və 1973-cü il təvəllüdlü Qəhrəman Ağami oğlu Abdıyev müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, Q.Abdiyevin vəziyyəti ağırdır.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.