adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Mart 2018 15:15
17129
SİYASƏT
A- A+

ABŞ Rusiya və Çinə qarşı əks addımlar atacaq

Con Rud: "Dünya ölkələrini təhlükə gözləyir”

Rusiya və Çin dünya üçün təhlükəli addımlar atır.

Adalet.az "RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin müavini Con Rud Senatdakı dinləmələr zamanı çıxışında bildirib. Onun sözlərinə görə, əsas təhlükə ABŞ və onun müttəfiqlərini gözləyir.  

"Moskva və Pekin dünyadakı mövcud düzəni dəyişmək niyyətindədirlər. Onlar dünya düzənini və ərazi sərhədlərini dəyişmək istəyirlər. Bu dövlətlər dünya ölkələri, əsasən də ABŞ və müttəfiqləri üçün böyük təhlükədir”, - deyə Con Rud qeyd edib.

 Amerika rəsmisi bildirib ki, bu səbəbdən ABŞ hərbi sahədə daha geniş addımlar atacaq, hərbi xərcləri artıracaq.