adalet.az header logo
  • Bakı 7°C
22 Mart 2018 17:00
13860
DÜNYA
A- A+

Perunun bütün nazirləri də istefa verdi

Peruda bütün nazirlər istefa ərizəsi yazıb.

Adalet.az TASS-a istinadən xəbər verir ki, bu addım ölkə prezidenti ilə həmrəylik əlaməti olaraq atılıb.

Xatırladaq ki, dünən Peru prezidenti Pedro Kuçinski konqresmenlərə rüşvət verməsi ilə əlaqədar yaranmış qalmaqal fonunda istefa barədə ərizə verib.

Kuçinski canlı yayımda əhaliyə müraciət zamanı istefa verdiyini bəyan edib.

"Perunun inkişafına maneə olmaq istəmirəm. İstəmirəm ki, ölkə və mənim ailəm əziyyət çəksin”, - deyə Kuçinski bildirib.