adalet.az header logo
  • Bakı 7°C
22 Mart 2018 16:23
12573
DÜNYA
A- A+

Tramp Çini cəzalandıracaq

Çinin Amerikanın texnoloji və ticari sirrlərini oğurladığını əsas gətirərək ABŞ Ticarət Nümayəndəliyi (USTR) keçən ilin avqust ayından başlatdığı istintaq çərçivəsində həmin ölkənin Amerikadakı iqtisadi fəaliyyətini məhdudlaşdıracağını açıqlayıb.Çindən idxal olunan elektron cihazlardan tutmuş ayaqqabıya qədər bir çox məhsullar üçün 50 milyard dollar həcmində gömrük vergisi alınacağı gözlənilir. Bundan əlavə, Amerikadakı Çin şirkətlərinə bəzi məhdudiyyətlər qoyulacağı da bildirilib.

Ağ Evdən verilən məlumata görə, bu gün Amerika prezidenti Donald Tramp Çinə qarşı hansı iqtisadi məhdudiyyətlər tətbiq edəcəyini açıqlayacaq.