Türkiyə ordusu İraqda 50 terrorçunu məhv edib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında həyata keçirdiyi hərbi əməliyyatlarda daha 9 terrorçunu zərərsizləşdirib.
Adalet.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, terrorçular pilotsuz uçuş aparatları vasitəsilə məhv edilib.
Bununla da martın 10-da başladılan əməliyyatlardan ötən müddət ərzində məhv edilən terrorçuların sayı 50-ə çatıb.