adalet.az header logo
  • Bakı 7°C
22 Mart 2018 15:17
9900
GÜNDƏM
A- A+

Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına yeni üzv təyin edilib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasında üzvlüyü təsdiqlənib.


Adalet.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası haqqında” qərarında dəyişiklik edib.


Musa Pənahovun adı isə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının üzvləri sırasından çıxarılıb. M. Pənahov nəqliyyat ləğv edilmiş Nəqliyyat Nazirliyində nazir müavini olub.