adalet.az header logo
  • Bakı 7°C
22 Mart 2018 14:50
12857
İDMAN
A- A+

Əfsanəvi Ronaldinyo siyasətə qoşulur

"Barselona”, "Milan” və Brazliya yığmasının əfsanəvi hücumçusu Ronaldinyo siyasi fəaliyyətlə məşğul olmaq qərarına gəlib. Futbol ulduzu Brazliyanın Respublika Partiyasının üzvü seçilib və cari ildə ölkədə keçiriləcək seçkilərdə iştirak etməyə hazırlaşır.

Həmçinin Ronaldinyo Milli Konqressə də daxil olmaq istəyir. Onun Federal Senatda vəzifə verilməsi gözlənilir.

Qeyd edək ki, bu gün Ronaldinyonun 38 yaşı tamam olur. Karyerası ərzində o, Fransanın PSJ, İspaniyanın "Barselona” və İtaliyanın "Milan” kimi tanınmış klublarının formasını geyinib. "Qızıl top-2005” mükafatına, həmçinin FİFA-nın versiyasına görə, 2004-2005-ci illərdə dünyanın ən yaxşı futbolçusu adına layiq görülüb.

(Oxu.Az )