adalet.az header logo
  • Bakı 7°C
22 Mart 2018 12:50
10660
İDMAN
A- A+

Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin maaşı artırılıb

Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları artırılıb.

Adalet.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları 540 manatdan 594 manata qaldırılıb.