adalet.az header logo
  • Bakı 7°C
21 Mart 2018 15:07
5744
GÜNDƏM
A- A+

Peruda Novruz bayramı qeyd olunub

Azərbaycan Respublikasının Peru Respublikasında diplomatik nümayəndəliyində Novruz bayramına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Peru XİN-in və Kongresinin nümayədnələri, Peruda akkreditə edilmiş diplomatik nümayəndəliklərin təmsilçiləri, həmçinin Peruda yaşayan həmvətənlərimiz iştirak edib.

Tədbiri giriş sözü ilə açan nümayəndəliyin rəhbəri Mehdi Məmmədov iştirakçılara Novruz bayramının çoxəsrlik tarixi barədə ətraflı məlumat vermiş, bu bayramın Azərbaycan və dünya xalqlarının zəngin mədəni və tarixi irsi olduğunu diqqətə çatdırmış, ölkəmizin Novruz bayram ənənələrindən bəhs edib.

Bayram şənliyində qonaqlara Novruz bayramının rəmzlərindən hesab edilən Azərbaycanın milli mətbəxinə məxsus müxtəlif təamlar və şirniyyatlar təqdim edilmiş, Novruz Bayramı barəsində videolar nümayiş etdirilmişdir, milli musiqiləri səsləndirilib.