adalet.az header logo
  • Bakı 7°C
20 Mart 2018 15:07
10061
HADİSƏ
A- A+

Sərnişin avtobusunun vurduğu qadın dünyasını dəyişdi

Bakıda sərnişin avtobusu qadını vurub.

Daxili İşlər Nazirliyindən (DİN) Adalet.az-a verilən məlumata görə, martın 19-da saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Bəxtiyar Həmzəliyev idarə etdiyi "İsuzu” markalı xətt avtobusu ilə yolu keçən həmyerlisi Mehriban Ağaverdiyevanı vurub.

Nəticədə piyada hadisə yerində ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.