adalet.az header logo
  • Bakı 7°C
21 Mart 2018 12:16
12500
İDMAN
A- A+

Millinin oyununda VAR sistemi tətbiq olunacaq

Martın 27-də Türkiyənin Antalya şəhərində keçiriləcək Azərbaycan – Makedoniya yoldaşlıq oyununda VAR (video assistant referee) sistemi tətbiq olunacaq.

Adalet.az xəbər verir ki, bununla əlaqədar Türkiyə Futbol Federasiyası (TFF) AFFA-ya və Makedoniya Futbol Federasiyasına müraciət edib. Hər iki milli assosiasiya TFF-nin müraciətini müsbət cavablandırıb.

Qeyd edək ki, Mardan" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.