adalet.az header logo
  • Bakı 7°C
21 Mart 2018 13:09
17248
MƏMLƏKƏT
A- A+

Sabah hava buludlu, küləkli olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Adalet.az-a verilən məlumata görə, cənub küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 11-16, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 19-24, dağlarda gecə 2-5, gündüz 12-17 dərəcə isti olacaq.