adalet.az header logo
  • Bakı 7°C
20 Mart 2018 11:17
9851
HADİSƏ
A- A+

Oğurluq edən şəxslər tutulub

Ötən il oktyabrın 17-də Binəqədi rayonu ərazisindəki evlərin birindən 55 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini Anar Nəbiyev Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Şahid Əliyevin ətrafında Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən ilin oktyabrından cari ilin yanvar ayınadək olan müddətdə daha 4 avtomobildən pul, geyim və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 16-da və 18-də rayon ərazisində 2 həyətyanı sahədən 4 baş qoyun oğurlamaqda şübhəli bilinən Arbatan kənd sakini Əliağa Hüseynov saxlanılıb.