adalet.az header logo
  • Bakı 7°C
19 Mart 2018 18:33
38729
MƏDƏNİYYƏT
A- A+

Bəstəkar Sevinc Tofiqqızı təqdimat keçirib

"Ulu Öndərim - xatirələr", "İlhamlı Azərbaycanım" "Gözlərə nur verən mələk", "Xocalı fəryadı", "Ümid körpüləri", "Kalbim Türkiyəm" və s. kompazisiya və kliplərin bəstəkarı Sevinc Tofiqqızı "Dalğa” Plazada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Ana getmə” şerinə bəstələdiyi mahnı-klipin təqdimatını keçirib.

Mahnı-klipin nümayişindən öncə bəstəkar Sevinc Tofiqqızı dövlətimimzin, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın uşaqlara, xüsusilə, xəstə və kimsəsizlərə diqqət və qayğısından söhbət açıb.

Təqdimat mərasimində ictimaiyyətin və kütləvi informasiya vasitələri nümayəndələri "Ana getmə” mahnı-kliplə bağlı fikirlərini bölüşərək, dünyanın həmişə mərhəmətə, sülhə, həssas hisslərə ehtiyacı olduğunu vurğuladılar, müharibə və münaqişələrin insan həyatına gətirdiyi fəlakətlər, təcavüzlər nəticəsində insanların, xüsusilə də uşaqların qayğıya möhtac olduqlarını qeyd edərək Azərbaycan cəmiyyətində dövlət tərəfindən bu məsələlərə önəm verilməsi qeyd olundu. Bildirildi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və bəstəkar Sevinc Tofiqqızının şeiri və musiqisi əsəasında ərsəyə gəlmiş "Ana getmə” klipinin yaranması da qayğıya ehtiyacı olan uşaqlara mənəvi dəstək nümunəsi olaraq, məhz sülhün, uşaqlara mərhəmətin təcəssümüdür.

Təqdimat mərasimində çıxış edənlər klipi düynyanın qaynar nöqtələrində analarını itirmiş körpələrin fəryad səsi, harayı kimi dəyərləndirərək hər bir ölkədə sülhün bərqərar olmasının, dünyamızın atəş səsindən yox, körpə gülüşündən diksinməsinin vacibliyindən söhbət açdılar. Qeyd olundu ki, təqdimatı keçirilən ekran əsəri kiçik həcmli olsa da, cəmiyyət, hər bir vətəndaş qarşısında böyük məsuliyyət hissi yaradır - ailələrin dağılmaması, uşaqların ana qayğısından məhrum olmaması üçün bütün zəruri tədbirlər həyata keçirilməlidir. Hər bir ailə uşaqların hüquqlarının qorunmasında maraqlı olmalı, fiziki və psixoloji cəhətdən müdafiəsiz və zəif olan uşaqlara xüsusi qayğı göstərilməli, uşaqlar pis rəftardan, hörmətsiz münasibətdən və istismardan müdafiə olunmalıdır.

Hikmət Xudiyev