Bələdiyyə üzvünün seçiciləri ilə növbəti ekskursiyası - Fotolar
17 mart 2018-ci il tarixdə Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin təşkilatçılığı, Bələdiyyə üzvü Aysel Əlizadənin təşəbbüsü ilə rayonun fəal gənclərinin "Azərbaycan Milli İncəsənət Muzeyi”nə ekskursiyası təşkil olunub.
Ekskursiya Azərbaycanın milli sərvətlərinin, tarixi abidələrinin, xalçaçılıq incilərinin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədilə keçrilib. Muzeyin bələdçisi gənclərə muzeyin tarixi və fəaliyyəti barədə məlumat verərək bildirdi ki, müəssisə müstəqil muzey kimi 1936-cı ildə yaradılıb. Muzeydə orta əsrlərə, intibah dövrünə, qədim Azərbaycana aid eksponatlar, rəsm əsərləri, tətbiqi incəsənət nümunələri nümayiş olunur. SonragənclərAntik və orta əsrlər Azərbaycan incəsənəti kolleksiyası,Azərbaycan rəssamlığı, Qərbi Avropa (İtalyan,Flamand,Holland) və Rusiya rəssamlığı nümunələri ilə əyani şəkildə tanış oldular.
Sonda xatirə çəkildi və ekskursiya yekunlaşdı.