adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Mart 2018 17:49
15531
ƏDƏBİYYAT
A- A+

Məşhur şairə dünyasını dəyişdi

Amerika poeziyasına yeni, dəbli və bəzəkli ifadələr gətirmiş şair Lusi Brok-Broydo dünyasını dəyişib.

Yaradıcılığı həyatın gözəllik, incəsənət və real dünyanın əzabkeş insanlarını birləşdirən ortaq nöqtələrinə köklənən şairin ölüm xəbərini mətbuatarəfiqəsi Melissa Qrinvold Parker təsdiqləyib. 61 yaşlı şair qısa müddət yaşadığı xəstəlikdən sonra dirçəlsə də, qəfil bir "ürək oyunu”na qurban gedib.

Kembricdəki evində dünyaya gözlərini yummuş şair Amerika ədəbiyyatında öz tərzi, üslubu ilə xüsusilə seçilib. Şeirləri də özü kimi zərif, şarmlı və duyğu dolu olub: "Şeirin dünyasına gəlməyə məcbur idim, çünki bu dünyada yaşaya bilmirdim”.

Hələ kiçik yaşlarından davranışları, gözəlliyi, mükəmməl təhsil göstəriciləri diqqət çəkmiş Lusi 13 yaşından professional olaraq, poeziya dərsləri alıb. Sonuncu toplusu "Dayan, kölgə” ("Stop, İllusion”) "National Book Award” və "National Book Critics Circle Award” mükafatına layiq görülüb.

Naşiri Deborah Qarison mətbuata verdiyi açıqlamada şairin işıq üzü görməmiş şeirləri çox qısa zamanda oxucuların ixtiyarına veriləcək. /artkaspi.az/