adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 Mart 2018 15:21
12395
MƏMLƏKƏT
A- A+

«Azərsun Holdinq» Novruz Bayramını silsilə tədbirlərlə qeyd etdi - Foto

Ölkəmizin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan və hər zaman Azərbaycanın sosial, mədəni, tarixi dəyərlərinə xüsusi həssaslıqla yanaşan "Azərsun Holdinq” Novruz bayramı ərəfəsində də çox mühüm işlər gördü. 

Şirkətlər Qrupu "Azərçay”, "Bizim Tarla”, "Azərduz” və "Azərşəkər” kimi hər kəs tərəfindən bəyənilən milli markalarla Dənizkənarı Milli Parkda təşkil olunmuş Novruz bayramı şənliyini qatılaraq, öz məhsullarını tədbir iştirakçılarına nümayiş etdirdi. Artıq dünyanın bir çox ölkəsində satışı həyata keçirilən və yerli məhsullardan hazırlanan milli markalarımız ziyarətçilər tərəfindən, həmişəki kimi böyük maraqla qarşılandı. Bundan əlavə şirkət, minlərlə insana bayram sovqatı hədiyyə edərək hər kəsin Novruz Bayramını yüksək səviyyədə qeyd etməsinə mühüm töhfə verdi. Böyüklər üçün bayram öncəsi müxtəlif layihələr reallaşdıran "Azərsun Holdinq” azyaşlıları da unutmadı. Şirkət İmişlidə, Biləsuvarda və Bakıda minlərlə uşağın iştirak etdiyi bayram şənlikləri təşkil edərək onlara hədiyyələr verdi. 

Hər bir ailədə bayram ab-havasının olması üçün çalışan və bu məqsədlə müxtəlif layihələr reallaşdıran "Azərsun Holdinq” bütün Azərbaycan xalqını Novruz Bayramı münasibət ilə təbrik edir!.