adalet.az header logo
  • Bakı 20°C
19 Mart 2018 16:24
9869
DÜNYA
A- A+

Tramp narkotacirlərin öldürülməsini istəyir

ABŞ prezidenti Donald Tramp ölkədə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə barədə plan irəli sürəcək.
Tramp plan çərçivəsində narkotik ticarəti ilə məşğul olanlara ən yüksək cəza kimi ölüm hökmünün tətbiq olunmasını təklif edəcək.

"Ədliyyə Nazirliyi narkotik vasitələrin ticarəti ilə məşğul olanlara qüvvədə olan qanunvericilik çərçivəsində ölüm hökmünün tətbiq edilməsinə nail olmağa çalışacaq”, - deyə ABŞ prezidenti administrasiyası nəzdində Daxili Siyasət üzrə Şuraya rəhbərlik edən Ağ evin nümayəndəsi Endryu Bremberq "The New York Post” nəşrinə bildirib.

Ağ ev narkotik vasitələrin ticarəti ilə məşğul olan şəxslərə hansı şərtlərlə ölüm hökmü veriləcəyini dəqiqləşdirməyib.

Donald Trampın planı, həmçinin narkotik vasitələrin zərəri barədə cəmiyyətin məlumatlandırılmasını və narkotik vasitələrdən asılılığa qarşı effektiv mübarizə aparmağa imkan yaradacaq peyvəndin hazırlanması üçün tədqiqatlara dəstək kampaniyasının işə salınmasını ehtiva edir.

Martın əvvəllərində ABŞ prezidenti Çində və Filippində narkotik vasitələrin ticarətinə qarşı mübarizə sistemini misal çəkərək, ölüm hökmünün ölkədə narkotiklərin yayılmasının azalmasına yardım olacağını qeyd etmişdi.